Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda illik inflyasiyanın 10% civarında olacağı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda illik inflyasiyanın 10% civarında olacağı gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankının yenilənmiş proqnozuna görə, 2021-ci ilin yekununda Azərbaycanda illik inflyasiyanın 9,5% - 10,5% civarnda olacağı gözələnilir.

Marja xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Yenilənmiş proqnozlara görə, cari ildə orta illik inflyasiyanın 6,2%-6,5%, illik inflyasiyanın isə 9,5%-10,5% səviyyəsində olacağı gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qaldığı şərtində illik inflyasiyanın 5,6% səviyyəsində təşkil edəcəyi nəzərdə tutulur”, - Elman Rüstəmov deyib.

Azərbaycanda inflyasiya tempinin yüksəlməsi müşahidə olunur. Rəsmistatistikaya görə, Sentyabr ayında aylıq inflyasiya 1,8%, 12 aylıq inflyaiya isə 8,5% təşkil edib. Orta illik inflyasiya yanvar-sentyabr aylarında 5,2%, orta illik baza inflyasiya isə (dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər və mövsümə həssas kənd təsərrüfatı məhsullarının qiymətləri nəzərə alınmayan inflyasiya) 3,3% olub.

29.10.2021 11:17
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18