AMFA-nın 13-cü İllik Təltif Şam Ziyafəti keçirilib - 3 QALİB TƏLTİF OLUNUB

22 oktyabr 2021-ci il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 13-cü İllik Təltif Şam Ziyafətini keçirilmişdir.
AMFA-nın yaydığı məlumatda bildirilir ki, tədbirdə üzv və partnyor təşkilatlarının, o cümlədən Azərbaycan mikromaliyyə sektorunun aparıcı mütəxəssislərinin 55 nəfərdən ibarət olan iştirakçılar (qonaqlar) arasında yerli maliyyə qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişdirlər. Tədbir həmçinin AMFA-nın təsis edilməsinin 20-ci il dönümünə təsadüf edilmişdi.
Tədbir AMFA-nın idarə heyətinin sədri Cəlal Əliyevin açılış nitqi ilə başladı. Cəlal Əliyev öz çıxışında Azərbaycanda 2001-ci ilin oktyabr ayında Assosiasiyanın yaradılmasına təkan verən ilk mikromaliyyə konfransından bu günə kimi olan zaman kəsiyində mühüm inkişaf mərhələləri barədə və yaxın gələcəklə bağlı çağırışlar haqqında məlumatı iştirakçıların nəzərinə çatdırdı.
AMFA-nın icraçı direktoru Jalə Hacıyeva assosiasiyanın institusional inkişafında böyük əməyi olan və könüllü əsasda misilsiz xidməti olan mikromaliyyə peşəkarları arasında Nazim Əliyevə, Samir Cəfərliyə, Ramil Məhərrəmova, həmçin təsisçi üzvlərin davamlı və dəyərli töhfəsi üçün və eləcədə keçmiş işçi heyətinin üzvlərinə dərin təşəkkürünü bildirmişdi.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Sahibkarlar (Işəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının Vitse-Prezidenti cənab Vüqar Zeynalov, Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi cənab Xəyyam İsmayılov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri cənab Osman Xalıyev, Asiya Inkişaf Bankının ölkə direktoru, xanım Kandis Makdigan, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri cənab Emil Məmmədov, ASAN Finans Layihəsinin Rəhbəri cənab Aqşin İbrahimov tədbirdə qonaq natiq qismində çıxış etmişdilər.
Tədbirin həyata keçirilməsində təsisçi üzvlərdən FINCA Azerbaijan və partnyor təşkilatlardan UHY MMC audit şirkəti maliyyə dəstəyini göstərmişdilər.
Cari ildə mükafatlandırma komitəsinin tərkibində Asiya İnkişaf Bankının (AİB) Baş İqtisadcısı Nail Vəliyev, Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) aparıcı bankiri Ziya Alili, Beynəlxalq Maliyyə Korporasiyasının Maliyyə Sektoru Mütəxəssisi Teymur Heybətov, Müştəri Mühafizəsi üzrə Beynəlxalq Ekspert Sevda Hüseynova və Azərbaycan Mikromaliyyə Assosiasiyasının Regional Lahiyələr üzrə rəhbəri Sevinc Rüstəmova təmsil olunmuşdular. AMFA-ya üzv təşkilatlar tərəfindən daxil olan ərizələr anonim qaydada qiymətləndirilmişdir. Namizədlər arasından seçilmiş 3 qalib təşkilatlar aşağıdakı nominasiyalar üzrə təltif olundular:
-FİNCA Azerbaijan: İlin filialsız təcrübəyə malik qabaqcıl təşkilatı;
-PAŞA Bank: İlin rəqəmsal alətinin ən yaxşı tətbiq edən qabaqcıl təşkilatı;
-Viator Mikrokredit Azərbaycan: İlin müştəri mühafizəsi təcrübəsinə malik qabaqcıl təşkilatı.
Bütün qalib və namizədləri təbrik edirik!
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
22 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
