Bu il Azərbaycanda 190 nəfər qidadan zəhərlənib, 1 nəfər ölüb
Bu ilin 9 ayında Qida Təhlükəsizliyi Agentliyinin 1003 – “Çağrı Mərkəzi”nə müxtəlif məzmunlu 31639 müraciət daxil olub.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, məlumat xarakterli daxil olmuş 1944 müraciətdən 1602-si koronavirus xəstəliyi, 301-i qida zəhərlənməsi, 32-si brusellyoz xəstəliyi, 3-ü qarayara xəstəliyi, 7-si isə vərəm xəstəliyi ilə bağlı olub:
"Bu müddətdə qida zəhərlənmələri ilə bağlı 301 müraciət daxil olub. Agentliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində 106 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 190 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən 1-i vəfat edib".
Q. Təhməzli qeyd edib ki, 9 ay ərzində AQTA-ya istehlakçı hüquqlarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən ümumilikdə 1260 şikayət daxil olub: "Daxil olan şikayətlərin araşdırılması nəticəsində 364 şikayət öz təsdiqini tapıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 d. əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
1 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
3 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
3 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Ən çox oxunanlar
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb







.jpg)






.jpg)








