"Amazon" vergi problemləri səbəbindən qərargahını başqa şəhərə köçürmək istəyir
Amerika texnologiya nəhəngi “Amazon” Sietl şəhər rəhbərliyinin tətbiq etdiyi sərt vergilərdən yaxa qurtarmaq üçün şirkətin qərargahını köçürəcək. Ofisin özünün ləğv edilməyəcəyi, yalnız qərargahın köçürüləcəyi deyilir.
Bu barədə “Fox Business” məlumat yayıb.
Bildirilir ki, son beş il ərzində Sietl şəhər şurası illik gəliri 20 milyon dollardan çox olan şirkətlər üçün yeni biznes vergiləri tətbiq edir. “Amazon” hər işçisi üçün şəhərin büdcəsinə 275 dollar ödəyib. Məlumatda qeyd olunur ki, yekunda bu, şirkətə ildə 60 milyon dollara başa gəlib.
Ancaq buna cavab olaraq “Amazon” şəhərin mərkəzindəki tikintini dayandıracağı ilə hədələyib. Biznes-qrupun təzyiqi altında icra orqanı vergini yumşaltmalı olub. Ancaq son vaxtlar bəzi şəhər şurası üzvləri vergilərin artırılmasında israr edirlər. Bu səbəbdən də şirkət əsas qərargahını başqa şəhərə köçürmək barədə düşünməyə başlayıb. Biznesin köçürülməsi üçün mümkün yerlər arasında Belvyu və Pyucet-Saundun adları çəkilir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
23 saat əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
23 saat əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq





















