Avropada təbii qazın qiyməti maksimumdan 1,5 dəfə aşağı düşüb
Avropada təbii qazın qiyməti min kubmetr üçün 1250 dollardan aşağı düşüb.Dünən ICE birjasında hərrac başa çatanda qazın qiyməti min kubmetr üçün 1250 dollardan da aşağı düşüb.
Marja xəbər verir ki, bu, Çərşənbə günü qeyd edilən tarixi maksimumdan (min kubmetr üçün 1920 dollar) 1,5 dəfə (54%) aşağıdır.
Çərşənbə günü keçirilən hərracda da əvvəlki günlərdə olduğu kimi bir neçə dəfə rekor yenilənib. Açılışda, noyabr fyuçerslərinin qiyməti 1500 dolları, daha sonra min kubmetr üçün 1600 dolları keçib. Nəhayət, günorta saatlarında noyabr fyuçerslərinin qiyməti səhər saatlarında 1000 kubmetr üçün 1936 dollara qalxıb ( və ya hər MW saata görə 161,5 avro. ICE qiymətləri MW saat üçün avro ilə təqdim olunur). Bu səviyyədən sonra qiymət düşməyə başlayıb və ticarətin sonuna qədər geriləyib. Qazın ucuzlaşmasına Rusiya Prezidenti Vladimir Putinin açıqlamalarının səbəb olduğu bildirilir.
Bir neçə aydır ki, Avropa yeraltı anbarların doluluq səviyyəsinin aşağı olması və Asiyada qaza tələbatın rekord artması fonunda qaz bahalaşır.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)









.jpg)



