Çin hamını “borca otuzdurub”, amma xəbərləri yoxdur - yeni araşdırma
385 milyard dollar “gizli borc”. Ən çox borcu olansa Rusiyadır...
Dünyanın ikinci ən böyük iqtisadyyatı olan Çin sürətlə inkişaf etməkdə olan ölkələr üzərində siyasi və xüsusilə iqtisadi nüfuz dairəsini genişləndirir. Ən mühüm alətlərdən biri bu ölkələrə yardım adı altında verilən irimiqyaslı borclardır. İnkişaf etməkdə olan ölkələrin Çin qarşısında öhdəliyi beynəlxalq təşkilatların və araşdırma mərkəzlərinin təxmin etdiyindən qat-qat çoxdur...
Marja xəbər verir ki, bu barədə ABŞ-ın Virciniya ştatının William&Mary kollecinin araşdırma mərkəzi olan AidData-nın yeni hesabatında qeyd olunur. Araşdrma komandası 2017-ci ilə qədər 18 il ərzində Çinin dünyanın 165 ölkəsində dəyəri 843 milyard dollar olan 13 mindən artıq inkişaf layihəsini təhlil edib.
Araşdırma göstərir ki, Çinin 2013-cü ildə elan etdiyi “Bir kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində 70-dn artıq ölkəyə müxtəlif sxemlər (birbaşa hökumətlərə, dövlət zəmanət əsasında iri şirkətlərə, banklara, iri infrastruktur layihələrinə) yatırdığı kredit vəsaitlərinin 385 milyard dolları “gizli borcdur” və rəsmi maliyyə hesabatlarında əks olunmur. Hazırda 42 dövlətin Çinə borcu ən yaxşı halda onların ÜDM-nin 10%-dən artıqdır.
Çinin ən çox “gizli borc” verdiyi ölkələrin siyahısında Rusiya liderlik edir - 125 milyard dollar. Daha sonrakı yerləri Venesuela (85,5 milyard dollar), Anqola (40,66 milyard dollar), Braziliya və Qazaxıstan (hər biri 39 milyard dollar) tutur. Bu borcların real aktivlərlə təminatına görə (76,6%) Rusiya 5-cidir. Borca görə ən çox əmlakları girovda olan ölkələr Ekvatoria Qvineya və Uqandadır.
Çin həm də daha bahalı və ağır şərtlərlə borc verir. Əgər beynəlxalq inkişafın maliyyələşdirilməsi layihələrinə OECD və Dünya Bakı çərçivəsində, eləcə də Almaniya, Yaponiya, Fransa kimi ölkələr tərəfindən verilən kreditlərin orta illik faizi 1,5%, ödəniş müddəti 25-28 ildirsə, Çinin verdiyi kreditlərdə faizlər minimum 4% və mddət 10 ildir.
ABŞ və Avropa İttifaqı Çinin sürətli ekpansiya siyasətini neytrallaşdırmaq üçün oxşar iqtisadi-maliyyə təşəbbüsləri irəli sürsələr də, hələlik Çin hamını qabaqlayır. Belə ki, hazırda beynəlxalq inkişafın maliyyələşdirilməsinə illik xərclənən vəsaitə (85 milyard dollar) görə Çin ABŞ və digər iri iqtisadiyyatları 2 dəfə üstələyir.
Nəticədə, Çin inkişaf edən ölkələrdə, xüsusən Afrikada sürətlə əsas iqtisadi gücə və söz sahibinə çevrilməkdədir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
5 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
6 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
