Türk Hava Yollarından biletlərin qiymətinə 2 günlük 30% endirim!
Türk Hava Yollarının Azərbaycan Respublikasına uçuşlar icra etməyə başlamasının 30-cu ili münasibəti ilə Bakı Nümayəndəliyi tərəfindən təşkil olunan silsilə kampaniyalar davam edir.
Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, növbəti kampaniya isə 30-cu ilə özəl 30% endirim kampaniyasıdır. Türkiyə istiqamətində keçərli olacaq kampaniya biletlərinin satış günləri 30 Sentyabr və 1 Oktyabr tarixləridir. Kampaniya çərçivəsində istənilən tarixə istər gediş gəliş istərsə də tək istiqamətdə bilet əldə etmək mümkündür. Kampaniya, Bakı uçuşlarından başqa Türk Hava Yollarının Gəncə və Naxçıvan uçuşlarında da keçərli olacaqdır.
Xatırlatmaq istəyirik ki, Bakı – İstanbul istiqamətində kampaniya bilet qiyməti vergilər daxil olmaqla 165 Avrodan başlayır.
Türk Hava Yolları İstanbul(Yeni) havalimanından Bakıya günlük 3 uçuş yerinə yetirməkdədir. Bundan başqa Gəncə və Naxçıvan şəhərlərinə də həftənin müəyyən günlərində uçuşlar təşkil edilməkdədir. Eləcə də Türk Hava Yolları markası olan Anadolujet aviaşirkətinin İstanbul Sabiha Gökçen və Ankara hava limanlarına səfərləri mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 4 saat əvvəl
-
4 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Ən çox oxunanlar
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti

























