Ölkə ərazisində yağmurlu havanın nə vaxatadək davam edəcəyi açıqlandı
Umayra Tağıyeva: "Ölkə ərazisində yağmurlu hava şəraiti oktyabrın 1-dək davam edəcək"
"Son günlər ölkəmizdə tutqun, yağmurlu payız günləri müşahidə edilir. Yayın davamlı quraqlığından sonra yağan yağış həm də çaylarımızı qidalandırır".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, Kürün yuxarı axınından, Qıraq Kəsəmən məntəqəsindən keçən suyun həcmi ongünlük normadan 21 faiz çox olub, aşağı axınında, Kür-Şirvan məntəqəsində suyun səviyyəsi isə 10 sm artıb. Daha bol yağışlar ölkənin şimal və şərqində qeydə alınıb. Belə hava şəraiti havanın keyfiyyətinin yaxşılaşmasına, təmizlənməsinə, oksigenlə zənginləşməsinə səbəb olur.
Xidmət rəsmisi qeyd edib ki, bu gün səhər saat 10:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Lənkəranda 56 (aylıq normanın 33 faizi), Astarada 23, Şabran, Lerikdə 14, Yardımlıda 13, Göytəpədə 10, Quba, Biləsuvarda 9 (aylıq normanın 52 faizi), Qusarda 7, Neftçalada 6, Xaltanda 5, Ağdamda 5, Balakən, Naftalan, Beyləqanda 3, Qobustan, Sarıbaş (Qax), İmişli, Mingəçevirdə 2, Altıağac, Zaqatala, Bərdə, Yevlaxda 1 mm-dək olub: “Abşeron yarımadasında isə sutka ərzində yağışın həcmi iki aylıq norma miqdarında olub. Məsələn, Maştağada 50 (aylıq normanın 222 faizi), Bakıda 26 (aylıq normanın 151 faizi), Sumqayıtda 13 mm (aylıq normanın 72 faizi) qeydə alınıb”.
Xidmət rəsmisinin sözlərinə görə, burada maraqlı tendensiya izlənilir və son onilliklərdə Bakı şəhərində güclü yağışlı günlərin sayı artıb: “2016-cı il sentyabrın 28-i gün ərzində və 29-da Bakıda bu ay üçün güclü yağış yağıb, düşən yağıntının miqdarı 47 mm təşkil edib ki, bu da aylıq normadan 3 dəfə çoxdur. 2018-ci il sentyabrın 23-də cəmi 4 saat ərzində Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv yağış yağıb. Düşən yağıntının miqdarı 34 mm olub ki, bu da iqlim normasının 198 faizini təşkil edib. Dəyişən iqlimin təzahürləri gündəlik həyatımızda artıq daha çox hiss edilir”.
U.Tağıyeva ölkə ərazisində qeyri-sabit, fasilələrlə yağmurlu hava şəraitinin oktyabrın 1-dək davam edəcəyini bildirib.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
28 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
