"Hər bir variant kreditorlar üçün itkiyə səbəb olacaq"
Ötən gün Böyük Britaniyanın paytaxtı Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev və Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında danışıqlar baş tutub. D.Akişev bugünkü mətbuat konfransında bildirib ki, danışıqlar zamanı Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin Azərbaycan Beynəlxalq Bankına 250 mln. dollarlıq yatırımının restrukturizasiyasının detalları müzakirə olunub.
D.Akişev qeyd edib ki, tərəflər müavinlər səviyyəsində danışıqların davam etdirilməsi barədə razılığa gəliblər: "ABB-nin vəsait çatışmazlığı olduğu üçün Qazaxıstan Milli Bankı borcun daha likvid, sonradan satıla biləcək aktivlərlə əvəzlənməsi variantını nəzərdən keçirməyə hazır idi. Azərbaycanın Maliyyə Nazirliyi isə bəyan edib ki, Qazaxıstan Milli Bankının borcun vaxtından əvvəl qaytarılması ilə bağlı tələbinin hər hansı hüquqi əsası yoxdur".
Baş bankir xatırladıb ki, indiyədək rəhbərlik etdiyi qurum Azərbaycanın Maliyyə Nazirliyinə 3 dəfə məktub göndərərək ABB-nin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı narahatlığını ifadə edib. Öz növbəsində ABB 3 dəfə borcun birdəfəlik və ya qismən qaytarılmasından imtina edib. "Bu ilin fevral ayında "Moody's" ABB-nin reytinqini endirib. Bundan sonra biz Azərbaycan bankına bir daha müraciət etdik. O zaman məlum oldu ki, ABB könüllü restrukturizasiya prosesinə hazırlaşır", - deyə o bildirib.
Qeyd edək ki, Qazaxıstanın "Vahid Pensiya Yığım Fondu" SC 2014-cü ilin oktyabr ayında ABB-nin istiqrazlarına 250 mln. dollar yatırıb.
Ötən gün ABB tərəfindən təqdim olunan xarici öhdəliklərin restrukturizasiyası planına münasibət bildirən D.Akişev deyib ki, plan 3 istiqaməti əhatə edir və "hər bir variant kreditorlar üçün itkiyə səbəb olacaq". "Buna baxmayaraq, Milli Bank və hökumət neqativ təsirlərin minimizasiyası üzərində işləyir. Biz əmanətçilərimizin maraqlarını qorumaq məqsədilə ABB ilə mütəmadi danışıqlar aparırıq", - deyə o bildirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
24 d. əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
-
- 51 d. əvvəl
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
























