Ən yuxarı (mobil)-2_30

"Sazişin 9 ay uzadılması ilə ölkələrin hamısı razı deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sazişin 9 ay uzadılması ilə ölkələrin hamısı razı deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac edən Ölkələr Təşkilatına üzv və (OPEC) bəzi qeyri-OPEC ölkələrin neft hasilatının azaldılması üzrə əldə etdiyi sazişin müddətinin 9 ay müddətinə uzadılması təklifi ilə istehsalçı ölkələrin hamısı razı deyillər.

 

Bunu Küveytin neft naziri Essam Əl Marzouq deyib. O bildirib ki, sazişin müddətinin ilin sonunadək uzadılması məqbul hesab olunur. Hazırda hasilatın azaldılması üzrə kvotanın artırılması müzakirə mövzusu deyil. Çünki buna bir o qədər də ehtiyac yoxdur.

 

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

23.05.2017 16:20
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18