Rusiya yerli planşet buraxacaq - ÇİPİ DƏ ÖZÜNDƏN
iPhone 6 gücündə olacaq, gələn ildən istehsalına başlanacaq...Rusiya yerli mikroprosessor əsasında planşet və digər ağıllı qadcetlərin istehsalını planlaşdırır.
Marja Rusiya KİV-inə istinadla xəbər verir ki, ötən həftəsonu “Elektron hesablama-informasya sistemləri” elmi-istehsalat mərkəzi (НПЦ Эльвис) “Skif” adlı yerli çipin təqdimatını keçirib.
Öz göstəricilərinə görə iPhone 6 və iPad Air çipləri ilə müqayisə olunan və planşetlərdə, smartfonlarda, “ağıllı” kameralarda, robotexnologiya komplekslərində istifadə oluna bilən “Skif”ə bəzi istehsalçılar artıq maraq göstərməyə başlayıb. ICL şirkəti gələn ilin ortalarından yerli çip əsasında ilk planşet nümunələrinin istehsalını planlaşdırır. Tələbata uyğun olaraq, şirkət illik həcmi 300 min ədədə qədər çatdıra bilər.
Digər bir şirkət - “БайтЭрг” isə 2023-cü ilin sonundan illik 700 min ədəd istehsal gücü ilə yerli mikroprosessorlu planşet buraxmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, iPad Air-in ilk modeli 2013-cü ildə, iPhone 6 isə 2014-cü ildə satışa buraxılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























