Maliyyə bazarlarında son vəziyyət - AVRODA UCUZLAŞMA DAVAM EDƏ BİLƏR
EUR
Avrozona iqtisadiyyatına dair risklərin artması, EUR/USD məzənnəsinin də 1.19$-da müqavimətlə rastlaşmasına səbəb olur. Təhlillərə əsasən, son ucuzlaşma dalğası 1.1785 səviyyyəsinin qırılması ilə nəticələnərsə, ucuzlaşma 1.17$-a kimi davam edə bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan dərc ediləcək inflyasiya göstəriciləri də diqqət mərkəzində olacaqdır.
GBP
GBP/USD məzənnəsində də eyni mənzərə müşahidə edilir və ucuzlaşma 1.3726 səviyyəsinə kimi davam edə bilər.
Burada isə ticarətçilər daha çox bazar ertəsi saat 10:00-da İngiltərənin əmək bazarı, çərşənbə günü inflyasiya və cümə günü ticarət dövriyyəsi ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilərinə kökləniblər.
TRY
Türkiyədə yüksək inflyasiya lirəni təzyiq altında saxlamaqda davam edir. Beləliklə, 8.50TL-ə ticarət edilən USD/TRY məzənnəsi 8.55TL-ə kimi də yüksələ bilər.
Bazar ertəsi saat 11:00-da dərc ediləcək pərakəndə satış dövriyyəsi də investorlar tərəfindən böyük maraqla izlənilir.
OIL
Enerji birjalarında demək olar ki, son altı ilin maksimumlarında ticarət edilən Brent neftinin bir barel qiyməti 74$-da yenidən müqavimətlə rastlaşıb və yenidən 71$-a kimi geriləyə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
ABŞ və Avrozonanın monetar siyasətlərini sərtləşdirmələri xəbəri, qızılın daha da dəyər itirməsinə səbəb olur. Bu, bir unsiya üzrə qiymətin 1783$-ın (57.4 $/qram) qırılması ilə 1752$-a (56.3 $/qram) kimi ucuzlaşması ilə nəticələnə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




