BVF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı 3 illik proqnoz
Bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) cari qiymətlərə həcmi 84 milyard 853 milyon manata (49 milyard 914 milyon ABŞ dollara) çatacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondunun (IMF, BFV) məlumatına görə bu göstərici, 2020-ci ilin faktiki göstəricisindən 17,1 % çoxdur.
Azərbaycanda nominal ÜDM 2022-ci ildə 86 milyard 463 milyon manat (50 milyard 861 milyon ABŞ dolları), 2023-ci ildə isə 88 milyard 934 milyon manat (52 milyard 314 milyon ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır. Bu, muvafiq olaraq əvvəlki ilin proqnozu ilə müqayisədə 1,9 % və 2,9 % çoxdur.
IMF-in proqnozlarına görə, bu il Azərbaycanın real ÜDM-si ötən ilin faktiki göstəricisi ilə müqayisədə 2,3 % artaraq 29 milyard 213 milyon manata çatması gözlənilir.
Məlumata əsasən, 2022-ci ildə real ÜDM 29,708 milyard manat (əvvəlki ilin proqnoz göstəricisi ilə müqayişsədə 1,7 % çox), 2023-cü ildə isə 30,214 milyard manat (1,7 % çox) təşkil edəcəyi gözlənilir.
"Bu il Azərbaycanda illik inflyasiya 3,5 %-ə yüksələcək"
Bu il Azərbaycanda illik inflyasiya ötən ilin faktiki göstərici ilə müqayisədə 0,7 faiz bəndi artaraq 3,5 % səviyyəsində gözlənilir.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında deyilir.
Hesabata əsasən, Azərbaycanın illik inflyasiyası 2022-2023-cü illərdə isə bu ilin proqnoz göstəricisi ilə müqayisədə 0,3 faiz bəndi azalaraq 3,2 % səviyyəsində reallaşması proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında illik inflyasiya 4,5 %, ötən ilin sonuna isə 2,8 % səviyyəsində reallaşıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















