BVF: Azərbaycanda real ÜDM 2023-cü ildə pandemiyadan əvvəlki səviyyəyə çatacaq
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, Azərbaycanda real ÜDM istehsalı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə 2023-cü ildə qayıdacaq.
Məlumata görə, 2020-ci ildə ölkə iqtisadiyyatında COVID-19 pandemiyası fonunda geriləmə baş vermişdi və real ÜDM istehsalı 4,3% azalaraq 28,62 mlrd. manata enmişdi. BVF-nin proqnozlarına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında real ÜDM istehsalı 2,3%, 2022-ci ildə isə 1,7% artaraq müvafiq olaraq 29,21 mlrd. manat və 29,71 mlrd. manat təşkil edəcək.
Fondun uzunmüddətli proqnozlarına əsasən, 2023-cü ildə ölkədə real ÜDM-in həcmi 2019-cu ildəki göstəricini (29,9 mlrd. manat) nəhayət keçə biləcək və 30,21 mlrd. manata çatacaq (2022-ci ilin proqnozu ilə müqayisədə 1,7%-lik artım). Bundan əlavə, BVF-yə görə, ölkə iqtisadiyyatı 2021-2026-cı illərdə ortaillik 1,8% böyüyəcək.
APA
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















