Rusiya: Qlobal neft bazarı 2022-ci ildə tam bərpa ola bilər

Qlobal neft bazarının tam bərpası 2022-ci ildə gözlənilir.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, bu il gündəlik qlobal neft tələbatının təxminən 5,8-6 mln. barel artacağı gözlənilir: "Ümid edirəm, bərpa prosesi 2022-ci ildə tam bitəcək".
"OPEC+" gələn il üçün neft tələbatının artımı üzrə proqnozunu yüksəldib
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) bu gün keçiriləcək iclaslar ərəfəsində 2022-ci il üçün neftə olan gündəlik qlobal tələbatının artım templəri üzrə proqnozunu yüksəldib.
Bu barədə "Reuters" "OPEC+"də olan iki mənbəyə istinadən xəbər verir.
Məlumata görə, "OPEC+" texniki komitəsinin ekspertləri sözügedən göstərici üzrə proqnozlarını 3,28 mln. bareldən 4,2 mln. barelədək yüksəldiblər.
Xatırladaq ki, bu gün "OPEC+" razılaşması çərçivəsində bir necə iclas keçiriləcək. Görüşlər zamanı razılaşma iştirakçıları hazırda qüvvədə olan razılaşma şərtlərini (bir neçə ay ərzində gündəlik neft hasilatının 400 min barel artırılması şərti) qoruyub saxlanılması məsələsini müzakirə ediləcək.
İlk olaraq Bakı vaxtı ilə saat 18:00-da "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası keçiriləcək. Ənənəvi olaraq komitə alyansın bütün ölkələrinin nazirlərinin iştirakı ilə keçiriləcək görüş (Bakı vaxtı ilə saat 19:00-da) üçün tövsiyələrini hazırlayır.
Qeyd edək ki, avqustun 1-dən etibarən "OPEC+" ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq (avqust-dekabr aylarında – red.) "OPEC+" ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artırmaq və müvafiq olaraq ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 12 saat əvvəl
-
13 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
