Astarada çəltik sahələrində məhsuldarlıq ötən ilə nisbətən bu il yaxşıdır
Astarada bu mövsüm havaların mülayim keçməsi və çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi nəticəsində məhsuldarlıq ürəkaçandır. Rayonda bu il ümumilikdə 240,6 hektardan çox sahədə çəltik əkilib. İlk yığım zamanı fermerlər sahələrdən 40 sentnerdən çox məhsul götürüblər.
Ötən il rayonda 204,6 hektar sahədə çəltik əkilib. Sahələrdən 843,6 ton məhsul yığılıb. Rayon üzrə məhsuldarlıq 41,2 sentner olub. Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov deyir ki, bu mövsüm daha çox, 240,6 hektar sahədə çəltik əkilib. İndiyədək 185,1 hektar çəltik sahəsindən 746,3 ton məhsul yığılıb. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 40,3 sentner təşkil edir: “Ötən ilə nisbətən bu il 36 hektar çox çəltik əkmişik. Havaların əlverişli keçməsi, suvarma suyunun olması və sahəyə düzgün aqrotexniki qulluq edən fermerlər bunun bəhrəsini görürlər. Məhsuldarlıq ötən ilə nisbətən bu il yaxşıdır. Təbii düyüdür, heç bir qatqı yoxdur, kimyəvi maddələrdən istifadə edilmir. Düzdür, əkindən sonra gübrələrdən istifadə edilir. O da qədərində. Təmiz düyü olduğu üçün rahat sata bilirik”.
Fermerlər ötən il olduğu kimi, bu il də biçinə bir həftə tez başlayıblar. Çəltiyin biçini üçün sahələrə kifayət qədər texnika cəlb olunub.
Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər. Bu baxımdan məhsuldarlığın bol olması fermerlərin ürəyincədir.
Fermer Mahir Məmmədov deyib: “Öz kəndimizdə 3 hektar sahədə əkin aparmışam. Hər hektara 4 ton məhsul götürmüşəm. Yığdığım məhsulu üyütmək üçün dəyirmana gətirmişəm. Yaxşı qulluq etdik, su da verirdik. İndi də əziyyətimizin bəhrəsini görürük”.
Digər fermer Şahin Rzayev isə 2 hektar sahədə çəltik əkib: “Şükürlər olsun, 50 sentner məhsul götürmüşəm. Aqrolizinqlə kombayn gətirmişik. Gördüyünüz kimi, hazırda biçin gedir. Bundan sonra dəyirmanda üyüdüb, satışa çıxaracağıq”, - deyə o bildirib.
Qeyd edək ki, çəltik əkini əsasən Astaranın Artupa, Səncərədi, Kakalos, Pensər, Ərçivan, Şiyəkəran və Suparibağ kəndlərindəki təsərrüfatları əhatə edir. Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox rayonun iqliminə uyğun olaraq “Haşımi”, “Apula”, “Gülanə”, “Xəzər”, “Meko” və “Sədri” kimi toxum növlərinə üstünlük verirlər. Rayonda çəltik yığımı sentyabrın ilk ongünlüyündə başa çatacaq.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 d. əvvəl
-
17 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 26 d. əvvəl
-
44 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
52 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir




















