Pandemiyada kino sənayesinin xilaskarı - qorxu filmləri
Büdcəsi 25 milyon dollar olan film ilk həftədə 27 milyon dollarlıq satış edib...
Ötən il pandemiya səbəbindən kinoteatrların bağlanması kino sənayesinin lideri Hollivuda on milyonlarla dollar ziyan vurub. Bu ilin əvvəlindən açılan kinoteatrları 2020-ci ilin aqibətindən xilas edən bir janr var - qorxu filmləri.
Marja hazırda bazardakı vəziyyəti araşdırıb.
Universal Pictures studiyasının istehsalı olan qorxu janrındakı “Candyman” filmi ötən həftəsonu ABŞ-dakı premyerasında 22 milyon dollar, beynəlxalq bazarda isə 5,2 milyon dollar gəlir gətirib. Büdcəsi cəmi 25 milyon dollar olan filmin ilk nəticələri böyük mənfəət əldə edəcəyindən xəbər verir.
Qorxu fimlərinin əsas özəlliyi onların nisbətən kiçik büdcə ilə ərsəyə gəlməsidir. Bu isə əlavə xərclərdən azad olmağa və qısa müddətə mənfəətə çıxmağa imkan verir.
Digər bir nümunə - Paramont Pictures-in 22 milyon dollara çəkdiyi “A Quite Place-2” filmi bu il ümumilikdə satışlardan 300 milyon dollar əldə edib. 40 milyon dollar büdcəsi olan “The Devil Made me do it” qorxu filmi iyundakı premyerasından bəri kinoteatrlardan 200 milyon dollar qazanıb.
Müqayisə üçün bildirək ki, Disneyin 300 milyon dollarlıq “The Black Widow” superqəhrəman filmi bu il cəmi 370 milyon dollar toplayıb. Warner Brothers-in 185 milyon dollar büdcəsi olan oxşar janrlı “The Suicide Squad” filmi isə avqust premyerasından bəri 154 milyon dollar qazana bilib.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 16 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

ABŞ-ın qızıl ehtiyatları 1 trilyon dolları aşıb
Ən çox oxunanlar

Bank sektorunda çalışanların sayı artmaqda davam edir

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək
