Qlobal bazarlara bu həftə kritik ABŞ məlumatı damğa vuracaq
Ötən həftə ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauelin (Jerome Powell) "Jackson Hole" konfransında Fed-in qiymətli kağız alışlarını (istiqraz alınması yolu ilə pul emissiyası) azaltmaq üçün məşğulluq bazarının daha çox güclənməsi lazım olduğunun siqnalını verməsindən sonra gözlər bu həftə açıqlanacaq ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatına çevrilib.
Marja xəbər verir ki, Avqust ayı məşğulluq məlumatı bazarlar üçün həlledicidir.
Pauelin bu il qiymətli kağız alışlarını azaltmağa başlamaq üçün uyğun ola biləcəyini bildirməsindən, eyni zamanda da çıxışında hələ faiz artırmağı düşünmədiklərini də qeyd etməsindən sonra Cümə günü ABŞ birjaları yeni zirvələrə çıxmış, dollar indeksi sərt eniş qeyd etmiş, istiqraz faizləri də geriləmişdi.
Analitiklər, Pauelin Fed-in yaxında faiz artırmayacağını söyləməsilə bazarların rahat nəfəs aldığını, 2013-dəkinə bənzər vəziyyət yaşanmayaraq sərt satışların baş vermədiyini qeyd edirlər.
Bu həftə (cümə günü, 3 sentyabr) ABŞ-da açıqlanacaq Avqust ayı kənd təsərrüfatı sektoru xarici məşğulluq məlumatı, məşğulluq bazarındakı gedişatı göstərməsi baxımından əhəmiyyətli olacaq. İyulda 943 min artmış məşğulluğun Avqustda 728 min artdığı, işsizlik nisbətinin 5,4%-dən 5,2%-ə gerilədiyi nəzərdə tutulur.
İqtisadçılara görə, məşğulluq məlumatının Fed rəsmilərinin gözləntilərini qarşılamaq üçün çox böyük artım qeyd etməsi lazım deyil. 500 minin üzərində bir artım da qaneedici olar və b rəqəmə də çatıla bilər. Fed üzvləri Sentyabr ayı məşğulluğunun da yaxşı olduğunu görmək istəyəcəklər.
İstehlakçı Etibarı, ISM emalat məlumatı və ADP özəl sektor məşğulluq məlumatları ABŞ-da bu həftə açıqlanacaq digər önəmli məlumatlar olacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























