“AzerGold” qızıl layihələri üzrə dövlət büdcəsindən asılılığı tamamilə aradan qaldırıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2020-ci ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib.
Dünyanın tanınmış audit şirkətlərindən olan “PricewaterhouseCoopers” (PwC) tərəfindən aparılan maliyyə yoxlamalarına əsasən, əvvəlki illə müqayisədə 2020-ci ildə Səhmdar Cəmiyyətin qızıl hasilatında 8,7%, gümüş hasilatında isə 17,6% artım qeydə alınıb.
“AzerGold”un yaydığı məlumatda bildirilir ki, hesabat ilində qızıl və gümüşün beynəlxalq birjalarda satışından ölkə iqtisadiyyatına 110,2 mln. ABŞ dolları həcmində vəsait cəlb edilib ki, bu da 2019-cu illə müqayisədə 27,9% (24,04 mln. ABŞ dolları) çoxdur.
Bununla yanaşı, Səhmdar Cəmiyyətin ümumi mənfəəti, mənfəət marjası, xalis mənfəəti, eləcə də EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) artıb. Belə ki, Cəmiyyətin ümumi mənfəəti 2019-cu illə müqayisədə 43,04 mln. ABŞ dolları və ya 141,3% artaraq 2020-ci ildə 73,5 mln. ABŞ dollarından çox olub. Ümumi mənfəətin satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2019-cu ildə 35% idisə, 2020-ci ildə 66,7% təşkil edib. Cəmiyyətin xalis mənfəəti isə 2019-cu illə müqayisədə təqribən 35,8 mln. ABŞ dolları (287,3%) artaraq 2020-ci ildə 48,2 mln. ABŞ dollarından çox olub. “AzerGold” QSC 2019-cu ili təqribən 43,9 mln. ABŞ dolları EBITDA ilə başa vurmuşdusa, 2020-ci ildə bu göstərici 57,6% artaraq 69 mln. dolları ötüb.
Maliyyə hesabatlarına əsasən, aktivlərin səmərəli şəkildə idarə olunması nəticəsində müəssisə mövcud resurslardan optimal səviyyədə mənfəət əldə edib. Belə ki, aktivlərin gəlirlilik indikatoru (ROA - Return on Assets) ötən il artaraq 34,5% təşkil edib. Müqayisə üçün bildirək ki, bu indeks üzrə göstərici 2019-cu ildə 11% olub.
“AzerGold” QSC-nin ümumi kapitalı 2019-cu ildə 27,57 mln. ABŞ dolları olduğu halda, 2020-ci ildə bu göstərici 70,56 mln. ABŞ dolları (255,9%) artaraq 98 mln. ABŞ dollarından çox olub. Ümumi kapitalın artması cari ilin xalis mənfəəti hesabına, həmçinin dövlət tərəfindən nizamnamə kapitalının artırılmasına (38 milyon manat həcmində) əsaslanır. 2020-ci ilin sonuna “AzerGold” QSC-nin səhm kapitalı 29,5 mln. dolları ötüb.
Hesabat ilində 29,6 mln. manat məbləğində xalis mənfəət Cəmiyyət tərəfindən investisiya fəaliyyəti üzrə istifadə olunub. Qeyd edək ki, qızıl layihələrinin icrası məqsədilə kapital qoyuluşunu öz hesabına təmin edən QSC bu istiqamət üzrə dövlət büdcəsindən asılılığı tamamilə aradan qaldırıb. Dövlət büdcəsi hesabına maliyyələşmə yalnız yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər verlib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar səhmləri “AzerGold” QSC-yə məxsus olan ilk törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ötən ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Dövlət başçısının 6 avqust 2020-ci il tarixli Sərəncamına əsasən, MMC tərəfindən Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrası davam etdirilir.
Maliyyə hesabatı və digər göstəriciləri üzrə ətraflı məlumatı “AzerGold” QSC-nin rəsmi saytından (https://azergold.az/haqqimizda/maliyye-ve-audit-hesabatlari) əldə etmək olar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
19 d. əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
-
2 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
3 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır
Ən çox oxunanlar

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
