Azərbaycanda internet niyə zəifləyib?
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Azərbaycanda bir neçə gündür internetin sürətinin zəif olması və yerli provayderlərin Delta Telekom-a borclu olması məsələsinə reaksiya verib.
Bu barədə sosial şəbəkədə yazan O. Gündüzün sözlərinə görə, Azərbaycan internetinin keyfiyyəti son zamanlar hədsiz dərəcədə pisləşib: “Düşünürəm ki, bu, əsasən 3 səbəblə bağlıdır.
1. Çox güman ki, pisləşmə məhz əksər yerli provayderlərin əsas backbone provayder - Delta Telekom-a olan borcları ilə bağlıdır. Heç kim üçün sirr deyil ki, dövlət və özəl provayderlərin bu şirkətə 30 milyon manat borcu yaranmışdı. Delta xəbərdarlıq edirdi ki, ya internet kəsiləcək, ya məhkəməyə verəcək və. s.
Güman ki, bu borcları əldə edə bilməyən Delta-nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da təbii ki ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə, ya da provayderlərə verilən internet sürətində özünü göstərməliydi. Delta-nın onlayn statistikasından görünür ki, ölkəyə daxil olan trafik dəyişməyib. Deməli, Delta, bütün borclu provayderlərin internetini kəsməyin ciddi rezonans yaradacağını düşünərək, görünür ki, borcluların trafikindən xeyli azaldıb.
2. Azərbaycan internetindəki keyfiyyətsizliyin 2-ci səbəbi güman ki, beynəlxalq yarışların keçirildiyi ərəfədə təhlükəsizliklə bağlı aparılan filtrasiya (süzgəcləmə) ilə bağlıdır. Güman ki, təhlükəsizliklə bağlı hansısa əməliyyat-axtarış tədbirləri çərçivəsində belə bir filtrasiya aparılır. Təbii ki, süzgəcləmənin xarakterindən, avadanlıqların keyfiyyətindən asılı olaraq sürət az və çox dərəcədə azala bilir.
3. 3-cü səbəb isə məlum köhnə problemdir. Aidiyyatı dövlət qurumlarının nəzarətinin yetərli olmadığı şəraitdə bəzi provayderlər həmişə olduğu kimi istifadəçiləri “çəkidə aldadırlar”. Yəni onlar öz istifadəçilərinin sayına uyğun olan həcmdə trafik almırlar. Provayderlər müqavilədə nəzərdə tutulan sürəti deyil, qəsdən daha az həcmdə trafik verir. Adicə mobil operatorların abunəçilərinin sayı ilə aldığı internet trafikin həcmini müqayisə etdikdə bunu görmək olar.
Təəssüf ki, bütün bu qeyd olunanlarla bağlı tənzimləyici qurum olan, həmçinin də qanunvericilikdəki son dəyişikliklərə görə məhkəmə qərarı olmadan da internet resursları bağlamaq səlahiyyəti əldə edən NRYT Nazirliyi və backbone provayderlər ya qabaqcadan, ya problemin baş verdiyi anda heç bir açıqlama verməyiblər. Bu isə doğru yanaşma deyildir”.
O, qeyd edib ki, hazırda Azərbaycan interneti bütün sahələrə inteqrasiya edib, vətəndaşlar, dövlət qurumları, özəl və qeyr- dövlət sektoru internetdən həm informasiya münasibətlərinin qurulması, həm də digər müxtəlif məqsədlər üçün istifadə edirlər: “İnternetin üzərində biznes quranlar var, xidmət göstərənlər var, təhsil və səhiyyə xidmətləri göstərənlər var, xeyli dövlət xidmətləri bunun üzərindədir.
Odur ki, düşünürük ki, adı çəkilən qurumlar baş verənlərlərlə bağlı rəsmi açıqlamalar yaymalıdırlar, gözləntilərlə bağlı informasiyalar, tövsiyələr verməlidirlər.
Provayderlərə ictimai və dövlət nəzarəti gücləndirilməlidir.
NRYT Nazirliyi monitorinqlər aparmalıdır.
İstifadəçilər də öz provayderlərindən müqavilədə nəzərdə tutulan sürəti daha ciddi tələb etməlidirlər.
Problemlərlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etməlidirlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 28 d. əvvəl
-
-
52 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
56 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir























