Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı kəskin azalıb
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 42% azalıb.2021-ci ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4.2% azalaraq 12.2 milyard ABŞ dolları ekvivalentində olmuşdur.
Marja-nın məlumatına görə, Mərkəzki Bankın Pul Siyasəti İcmalında qeyd edilib ki, nağdsız valyuta əməliyyatlarının 85.3%-i ABŞ dollarında, 14.7%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 29.3%-i banklararası valyuta bazarında (BVB), 70.7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir
Dövr ərzində BVB-də əməliyyatların 99.2%-i ABŞ dollarında, 0.8%-i avroda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 8.6 milyard dollar ekvivalentində olmuşdur ki, bunun da 79.6%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 94.9%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 42% azalaraq 1,9 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 84.2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Nağd valyuta bazarında may və iyun aylarında bankların valyuta alışı satışları üstələmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























