TuranBank Türkiyənin meşə fondunun bərpasına töhfə verdi
(®️) İyulun 28-də Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrində baş verən və hələ də davam edən şiddətli yanğınlar təbiətə, ekosistemə, ölkənin meşə fonduna ciddi zərər vurub. Meşə fondunun yenidən dirçəldilməsi, məhv olan yaşıllığın bərpası məqsədi ilə Azərbaycan Banklar Assosiasiyası tərəfindən başladılmış xeyirxah təşəbbüsə TuranBank da qoşulub.
Belə ki, TuranBank tərəfindən yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədilə hər bir əməkdaşın adından Türkiyəyə 5 ədəd ağac tingi göndərilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası Türkiyə Banklar Birliyinin Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpasına yönəlmiş təşəbbüslərindən birinə qoşularaq ölkəmizdə çalışan hər bir bank əməkdaşı tərəfindən 5 ədəd ağac tinginin verilməsinə dair yekdilliklə qərar qəbul etmişdir.
Qeyd edək ki, TuranBank hər zaman bütün Azərbaycan xalqı və dövləti kimi qardaş Türk xalqının və Türkiyə Cümhuriyyətinin yanındadır. Ümid edirik ki, zərər görmüş Türkiyə təbiəti qısa müddət ərzində yenidən yaşıllığa bürünəcək.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb























