Yoluxanların sayı 1000-i keçdi
Azərbaycanda son sutkada 1196 nəfər COVID-19-a yoluxub, 219 nəfər sağalıb.Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib, aktiv xəstə sayı 9118 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 046, ötən müddət ərzində isə ümumilikdə 4 083 746 test aparılıb.
04 Avqust 2021-ci il tarixində 996 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 623 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 683 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 251 051, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 053 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 197 491 təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
















.jpg)

