İpoteka kreditləri əsasən aylıq gəliri 1 min manatdan çox olanlara verilib
Ölkədə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka alanların əksəriyyətini aylıq gəliri 1 000 manatdan çox olanlar təşkil edir. Cari il aprelin 1-nə əsasən borcalanların 52,1%-nin aylıq gəliri 1 000 manatdan çoxdur.
Bu barədə Azərbaycan İpoteka Fonduna istinadən xəbər verir.
Hesabata əsasən, aylıq gəliri 750-1 000 manat olanlar cəmi borclanların 24,1%-ni, 500-750 manat aylıq gəliri olanlar borcalanların 19,7%-ni əhatə edir. Aylıq gəliri 500 manatadək olanlar isə cəmi borclanların 4,2%-ni təşkil edir.
25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
Cari il aprelin 1-nə əsasən, AİF xətti ilə ipoteka alanların 68%-i evli, 32%-i subay, 83%-i kişi və 17%-i qadınlardır.
Hesabata əsasən, ipoteka predmeti cəmi 8,6% halda fərdi mənzil, qalan hallarda isə çoxmənzilli binada fərdi mənzil olub.
"Azərbaycan İpoteka Fondu" ASC (AİF) xətti ilə cari il aprelin 1-nə qədər 18 758 ipoteka krediti verilib. Bu kreditlərin ümumi məbləği 778 956 830 manat olub.
DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
AİF portfelində ipoteka predmetinin dəyər bölgüsünə əsasən, daha çox dəyəri 30-60 min manat olan mənzillər (50,2%) üstünlük təşkil edib. Portfeldə ən az xüsusi çəkisi olan ipoteka predmeti isə dəyəri 120 min manatdan artıq olanlardır (2,4%). Dəyəri 30 min manatdan az olanlar cəmi portfelin 2,6%-ni tutub.
Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 514,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, tikinti, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
- 11 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
14 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
14 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 15 saat əvvəl
-
15 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER



















