Bank sektorunun kredit portfelində pisləşmə başlayıb
Banklar ehtiyat yaratmağı gücləndiriblərAzərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının portfelində ödəmə vaxtı keçmiş kreditlər (problemli kreditlər) yenidən artmağa başlayıb.
Marja.az-ın Mərkəzi Bankın statistikasından topladığı məlumata görə, 2021-ci ilin iyun ayında ödəmə vaxtı keçmiş kreditlərin məbləği 7,7 milyon manat artaraq 914,6 milyon manata yüksəlib. Mayın sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 906,9 milyon manata düşmüşdü.
Bank sektorunda daha çox kreditin ödənişində gecikmə olacağı gözlənilir. Banklar bu məqsədlə ehtiyat yaratmağı gücləndiriblər. Belə ki, 2021-ci ilin 1-ci yarısında bank sektoru aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 73,5 milyon manat ayırıblar. Halbuki, 2020-ci ilin eyni dövründə sektor ayırma etməmiş, əksinə əvvəlki dövrlərdə yaradılmış ehtiyatdan 22,1 milyon manat azad olmuşdu. 2021-ci ilin 1-ci yarısında bankların kreditlər üzrə ehtimal olunan zərərin ödənilməsi üçün xüsusi fonda daha çox vəsait ayırması qeyri-qənaətbəxş, təhlükəli və ya ümidsiz kreditlərin artdığına işarədir.
Banklar kreditlər və digər aktivlər üzrə zərərin ödənilməsi üçün xüsusi ehtiyat fondu ("adi ehtiyat" və "məqsədli ehtiyat") yaradırlar. Bu fond əməliyyat mənfəəti və ya kapital hesabına yaradılır. Məqsədli ehtiyat Bankın qeyri-standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılan xüsusi fonddur. Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlər - "qənaətbəxş" aktivlər və "nəzarət altında olan" aktivlərdir. Qeyri-standart aktivlərə - "qeyri-qənaətbəxş", "təhlükəli" və "ümidsiz" aktivlər (kreditlər) daxildir.
Pandemiya ilə əlaqədar olaraq biznesin və əhalinin gəlirlərinin azalması kredit ödənişlərində gecikmənin yaranmasının əsas səbəbi ola bilər.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 3 saat sonra
-
-
7 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
12 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
14 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























