İlham Əliyev: “Gələn il TANAP layihəsinin istifadəyə verilməsini qeyd etməliyik”
“1996-cı ildən başlayaraq “Şahdəniz” layihəsi uğurla icra edilir. Hazırda digər layihələr üzərində də işləyirik”.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib.
O bildirib ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu çox perspektivli olan "Abşeron" qaz-kondensat yatağında işləyəcək: “Əminəm ki, tezliklə, bir neçə ilə biz "Abşeron" yatağından da yaxşı nəticələr görəcəyik. Digər perspektivli layihələrimiz də gündəlikdədir. Artıq “Ümid” yatağında işlər gedir. “Babək”, “Qarabağ” layihəsinə yenə xarici şirkətlər maraq göstərir. Vaxtilə müqavilə imzalanmışdı, sonra ona xitam verildi. Ancaq biz indi bilirik, xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni biz bütün bu işləri ardıcıllıqda edirik ki, ölkəmiz daha da güclənsin, ölkəmizə daha çox gəlir gəlsin”.
Prezident icrasına başlanan neft layihələrinin hazırda uğurla icra edildiyini söyləyib: “Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Əminəm ki, vaxtlı-vaxtında bu layihənin də uğurla icrasına nail olacağıq. Gələn il Cənub Qaz Dəhlizi layihəsi layihəsinin əsas hissəsi olan TANAP layihəsinin istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
20 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
52 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















