Rumıniya 2022-ci ilin iyulunda Azərbaycandan təbii qaz ala bilər
2022-ci ilin iyuluna qədər Bolqarıstan-Yunanıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) ilə Azərbaycan təbii qazı Rumıniyaya çatdırılacaq.
Xarici mətbuatın verdiyi məlumata görə, bunu Rumınıyanın energetika naziri Vircil Popesku bildirib.
Onun sözlərinə görə, Rumıniya üçün Azərbaycandan nəql ediləcək təbii qaza maraq, prinsipcə, sonda Qara dəniz şelfindəki layihələr üzrə əməliyyatların başlayacağı ilə bağlı nikbin ssenari çərçivəsində nəqliyyat haqları ilə əlaqəli olmalıdır. Rumıniyadakı qaz boru kəmərlərinin operatoru olan “Transgaz” şirkəti artıq yerli istehlakçılardan BRUA boru kəməri ilə çəkilən xərclərə görə ödəniş alır, baxmayaraq BRUA kəməri isə hələki boş qalır.
Qeyd edək ki, Azərbaycan təbii qazı Rumıniyaya BRUA kəməri ilə nəql edilməsi gözlənilir.
V. Popesku bildirib ki, Sofiyada keçirilən Üç Dəniz Təşəbbüsü Sammitində iştirakı çərçivəsində Bolqarıstandakı həmkarı, bu ökənin energetika naziri Andrey Jivkov ilə işgüzar görüşü olub. O bildirib ki, danışıqlarda iki dövlət arasında ikitərəfli münasibətləri gücləndirmək üçün gələcək fəaliyyətlər müzakirə edilib. Eyni zamanda yenilənə bilən enerji (hidro və dəniz küləyi) sahəsindəki gələcək investisiya layihələrində elektrik enerjisi ötürülməsi üçün əlaqənin artması haqqında müzakirələr aparılıb”.
Nazir bildirib ki, Bolqarıstan-Yunanıstan İnterkonnektoru 2022-ci ilin iyul ayına qədər istifadəyə veriləcək: “Yunan limanlarından Azərbaycan qazının və mayeləşdirilmiş qazın BRUA-ya çatması üçün təminat artıq alınıb”.
Qeyd olunur ki, Rumıniya-Bolqarıstan interkonnektoru, eləcə də BRUA layihəsi Xəzər və Aralıq dənizlərindən, Yaxın Şərq və ya Mərkəzi Asiyadan təbii qaz mənbələrinin Mərkəzi və Qərbi Avropa bazarlarına inteqrasiyasını təmin edəcək.
BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.
Uzunluğu 1 318 km olan qaz kəmərinin Rumıniya ərazisindəki tikintisinin ümumi dəyəri 480 milyon avro təşkil edib. Qaz kəmərinin inşasına Avropa Birliyi 179 milyon avro, Avropa İnvestisiya Bankı 50 milyon avro kredit ayırıb. "Transqaz" şirkəti isə layihəyə 149 milyon avro vəsait xərcləyib.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)






