Qazaxıstandan Azərbaycana pulköçürmələrin həcmi yanvar-mayda 14 milyon dollar olub
Bu ilin yanvar-may aylarında Qazaxıstandan Azərbaycana təcili pulköçürmə sistemləri ilə fiziki şəxslər tərəfindən göndərilən vəsaitin həcmi açıqlanıb.
Qazaxıstan mətbuatının verdiyi məlumata görə, hesabat dövründə Qazaxıstandan Azərbaycana 6 mlrd. tenge (təxminən 14 mln. ABŞ dolları) məbləğində vəsait göndərilib. Təkcə may ayında Qazaxıstandan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 1,1 mlrd. tenge (2,6 mln. dollar) olub.
Xatırladaq ki, 2020-ci ildə Qazaxıstandan Azərbaycana 41 min tranzaksiya üzrə 14 283,4 mln. tenge (33,3 mln. dollar) həcmində pul transfert olunub, bu da 2019-cu illə müqayisədə 0,3% azdır.
Yanvar-mayda Qazaxıstana ən çox Rusiyadan pul köçürülüb – 23,4 mlrd. tenge (55 mln. dollar), Qazaxıstandan isə ən çox pul baratları Özbəkistana göndərilib – 78,1 mlrd. tenge (182 mln. dollar).
Ümumiyyətlə, cari ilin yanvar-may aylarında Qazaxıstandan xaricə təcili pulköçürmə sistemləri ilə fiziki şəxslər tərəfindən göndərilən vəsaitin həcmi 349 mlrd. tenge (813 mln. dollar) təşkil edib ki, bu da illik ifadədə 57,3% çoxdur.
Qazaxıstana göndərilən pul baratlarının həcmi isə ötən ilin yanvar-may ayları müqayisədə 11,4% artaraq 112,8 mlrd. tenge (263 mln. manat) təşkil edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 d. sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























