Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Süveyş kanalında hərəkətin 6 gün dayanmasına görə kompensasiya - 550 MİLYON DOLLAR

Misir hökuməti apreldən bəri girov saxladığı nəhəng konteyner gəmisini buraxır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Süveyş kanalında hərəkətin 6 gün dayanmasına görə kompensasiya - 550 MİLYON DOLLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Misir aprel ayından bəri girov saxladığı Ever Given konteyner gəmisinin buraxılması üçün kompensasiya barədə gəmi sahibləri ilə razılığa gəlib.

Marja xəbər verir ki, hər iki tərəf dünən və bugünkü açıqlamalarında gəminin çərşənbə günü - iyulun 7-də azad ediləcəyini bildirib.

Xatırladaq ki, 400 metr uzunluğunda nəhəng gəmi 2021-ci il martın 23-də güclü külək səbəbindən Süveyş kanalında saya oturmuş, 6 gün ərzində kanalda hərəkəti iflic edərək, 400-dən artıq gəmini ləngitmişdi. Bloomberg kanalın bloklanmış vəziyyətdə qaldığı hər gün üçün qlobal ticarətə təxminən 9,6 milyard dollar ziyan dəydiyini hesablamışdı. Gəminin göyərtəsindəki yüklərin dəyəri isə 775 milyon dollara yaxın idi.

Misir hökuməti gəmini aprel ayından bəri kanala giriş yolundakı göldə girov saxlayaraq, əvvəlcə 916 milyon dollar, o cümlədən 300 milyon dollar xilasetmə bonusu, 300 milyon dollar isə nüfuz itkisinə görə cərimə tələb etmişdi. Gəmini sığortalayan UK Club şirkəti bu məbləği ödəyə bilməyəcəyini bildirdikdən sonra Misir kompensasiya tələbini 550 milyon dollara qədər azaldıb. Süveyş Kanal İdarəsinə ödənəcək kompensasiyanın yekun məbləği hələlik açıqlanmır.

05.07.2021 15:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18