Azərbaycanın iri holdinqi Bakıda 365 otaqlı yeni otel istifadəyə verdi
(®️) "Marriott Bonvoy"un 30 markasının cəmləşdiyi, sürətlə böyüyən və unikal portfelin bir hissəsi olan "Courtyard by Marriott" bu ilin iyun ayında gözlənilən "Courtyard by Marriott Baku" otelinin açılışını elan edir.
365 otaqdan ibarət olan mehmanxana "Absheron Hotel Group" tərəfindən uzunmüddətli françayzinq müqaviləsi əsasında idarə olunacaq. Bakının Füzuli küçəsində yerləşən və mərkəzə yaxın olan otel həm işgüzarlar, həm də sadəcə istirahət etmək istəyənlər üçün idealdır.
Otel, paytaxtın simvolik ticarət ərazisi sayılan “Torqoviy”, məşhur görməli yerləri olan Nizami küçəsindən bir kilometrə yaxın, piyada isə bir neçə dəqiqəlik məsafədədir. Buraya Bakının "İçərişəhər" abidəsində yerləşən tarixi "Qız Qalası" və məşhur memar Zaha Hadid tərəfindən dizayn edilmiş, dünya miqyasında misli olmayan "Heydər Əliyev Mərkəzi" daxildir. "Heydər Əliyev Beynəlxalq Hava Limanı" isə oteldən cəmi 30 dəqiqəlik məsafədədir.
Premium və Select markalarının Avropa, Orta Şərq və Afrika üzrə Qitə Brend Lideri Sandra Schulze-Potgieter demişdir: "Courtyard by Marriott"u bu ilin iyun ayından etibarən qonaqların üzünə açıq elan edəcəyimizdən məmnunuq. Otel, biznes-turistlərə və sadəcə istirahət edənlərə mehriban və qayğıkeş personalı ilə rahat bir mühit təqdim edir. Əlverişli yerləşmə qonaqlara canlı şəhərdən maksimum zövq almağa fürsət verir."
"Courtyard by Marriott Baku"nun baş meneceri Eldar Əlimuradov: "Tanınmış "Courtyard by Marriott" markası və Bakı turizm sektorunun inkişafı sayəsində geniş səyahətçi kütləsini qarşılamağı səbirsizliklə gözləyirik."
Yeni bina müasir üslubda tikilmişdir: Gözoxşayan "Qış Parkı" mənzərəsinə açılan 365 ədəd geniş qonaq otaqları, funksional iş zonası və qonaqların istirahəti zamanı əlaqədə olmalarını təmin edən pulsuz yüksəksürətli internet xətti ilə təchiz edilmişdir.
Otelin birinci mərtəbəsində yerləşən "BESH Gastropub", seçilmiş yerli inqrediyentlərlə hazırlanmış həm Azərbaycan, həm də dünya mətbəxinin dadlı yeməklərini təqdim edir. Otel barı qonaqların rahatlaması, eləcə də qəlyanaltılardan və parlaq kokteyllərdən zövq alması üçün ideal məkandır.
Ümümi sahəsi 495 kvadrat metr təşkil edən 11 iclas otağı bir sıra tədbirləri qəbul edə bilər. Bütün iclas otaqları müasir işıqlandırma, interaktiv rəqəmsal lövhələr, 65-düymlük televizorlar və pulsuz Wi-Fi ilə təchiz olunmuşdur. Mehmanxanada 24 saat faəliyyət göstərən, geniş özünəxidmət idman zalı qonaqların istifadəsinə təqdim olunur.
Qabaqcadan onlayn bron etmək və ya əlavə məlumat əldə etmək üçün aşağıdakı linkə keçid etməyiniz kifayətdir:
https://www.marriott.com/hotels/travel/gydcy-courtyard-baku/.
###
Absheron Hotel Group haqqında
“PASHA Holding” MMC-nin törəmə şirkəti olan “Absheron Hotel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti, gənc otel idarəçiliyi şirkətidir. 2013-cü ildə şirkətin qurulması ilə Qrup, dünya səviyyəli otel və kurort portfelini quraraq milli və regional bazarlarda lider mövqe tutmaq istəyi və strateji qonaqpərvərlik sənayesinin oyunçusuna çevrilməyi hədəfləyir. Bu portfel Bakıda və onun xaricində yerləşən müxtəlif otel kateqoriyalarını və digər qonaqpərvərlik subyektlərini özündə əhatə edir. Qrup Azərbaycanın paytaxtında iki lüks otelə sahibdir, bunlardan biri müvafiq beynəlxalq otel idarəetmə şirkəti tərəfindən idarə olunan JW Marriott Absheron Baku otelidir.
Qrup hazırda doqquz oteli idarə edir; 5-i Marriott ilə françayzinq müqaviləsinin bir hissəsi olmaqla:
- Baku Marriott Hotel Boulevard
- Sheraton Baku Intourist
- Courtyard Baku
- Pik Palace, Shahdag, Autograph Collection
- Park Chalet, Shahdag, Autograph Collection
Bundan əlavə, Absheron Hotel Group-un Bakı və Tbilisi şəhərlərinin hər birində layihələndirmə və ya tikinti mərhələsində olan bir oteli mövcuddur və yaxın 18 ay ərzində açılmaları planlaşdırılır. Daha ətraflı məlumat üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
4 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
4 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
5 saat əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
5 saat əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
5 saat əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
5 saat əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Ən çox oxunanlar
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır

















