Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər
Müraciət doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün edilib.1991-ci il avqustun 7-dək Ermənistanda azərbaycanlıların kompakt yaşadıqları sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün BMT-nin Baş katibinə, təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasının rəhbərinə, Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasının prezidentinə, UNESCO və ICESCO-nun Baş direktorlarına müraciət ünvanlayıblar.
Müraciəti Nüvədinin 452 ailəsi adından kəndin ən yaşlı sakini 96 yaşlı Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin sabiq deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev imzalayıblar.
Müraciətdə qeyd olunur ki, 1991-ci ilə qədər bir nəfər də erməninin yaşamadığı Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli iclasının qanunsuz qərarı ilə Nüvədi kəndi Azərbaycan SSR-in Cəbrayıl qəzasından alınaraq Ermənistan SSR-in Mehri qəzasının inzibati idarəetməsinə verilib. Həmin sənəd uzun müddət rəsmən təsdiq edilməyib. Nəhayət 1969-cu ilin mayında kəndin əhalisinin heç bir razılığı alınmadan Nüvədi Ermənistan SSR-in Mehri rayonunun inzibati ərazi vahidinə daxil edilib. Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayışa hazır olduqlarını bildiriblər.
Diqqətə çatdırılır ki, insan hüquqları ilə bağlı bütün sənədlər, o cümlədən 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir.
Vurğulanır ki, Nüvədi kəndi qədim və zəngin tarixə malikdir. Kənd ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamı, həmçinin Baba Hacı, Abdulata, Tişneyni və digər ziyarətgahlar, eyni zamanda Orta əsr qəbiristanlıqları, mükəmməl mühəndis konstruksiyalı yeraltı dəhnə və yerüstü kəhrizlər sistemi zəngin və qədim tarixdən yadigardır.
Qeyd olunur ki, bu gün Nüvədi kəndinin tarixi adı dəyişdirilərək Nrnadzor adlandırılıb. Yer adları, coğrafi adlar da qeyri-maddi mədəni irsin bir hissəsidir və onların kütləvi şəkildə saxtalaşdırılması orada əsrlərboyu yaşamış insanların mədəni hüquqlarının birbaşa pozulması olmaqla, “toponimik soyqırımı” adlı soyqırımı növüdür. Həmin ərazilərdə yerləşən tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhvi isə bilavasitə “mədəni soyqırımı” siyasətinin tərkib hissəsidir.
“Nüvədidən qovulmuş azərbaycanlılar əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarına, kəndin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər. Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılıb və dağıdılmaqda davam edir”, - deyə müraciətdə vurğulanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
39 d. əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
7 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























