“PAŞA Bank”dan əlilliyi olan şəxslər üçün yeni layihə - İŞLƏ TƏMİN EDİLƏCƏKLƏR
“PAŞA Bank ilə başla” layihəsi bir neçə mərhələdən ibarət olacaqÖlkənin aparıcı korporativ bankı “PAŞA Bank”, Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində yeni layihəyə başladığını bəyan edib.
“PAŞA Bank ilə başla” adlanan bu layihə vasitəsilə Bank, əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, o cümlədən cəmiyyətə inteqrasiyasına və işlə təmin edilməsinə dəstək verməyi hədəfləyir. Layihənin təşkilati dəstəkçisi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universiteti çıxış edir.
“PAŞA Bank ilə başla” layihəsi bir neçə mərhələdən ibarət olacaq. İlkin mərhələdə müraciətlərin qəbulu və müvafiq namizədlərin seçilməsi nəzərdə tutulub. Növbəti mərhələdə mütəxəssislər tərəfindən seçilmiş mövzular və sahələr üzrə təlimlərin keçirilməsi planlaşdırılıb. Layihənin sonuncu mərhələsində isə iştirakçıların işlə təmin olunmasına yardım ediləcək.
İyun ayının 17-də ADA Universitetində keçirilən layihənin təqdimat mərasimində çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov, layihənin əsas hədəflərindən birinin əlilliyi olan şəxslər üçün daha əlverişli imkanların yaradılması olduğunu söyləyib. O, əlilliyi olan şəxsləri öz qüvvələrinə, bilik və bacarıqlarına inanmağa və bu layihədə iştirak etməyə səsləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev əlilliyi olan şəxslərin məşğulluğunun artırılması və cəmiyyətə inteqrasiyasının ölkədə aparılan sosial siyasətin prioritetlərindən olduğunu vurğulayıb. Nazir müavini bu kateqoriyadan olan şəxslərin peşə-əmək reabilitasiyası, əmək bazarına, kiçik biznesə çıxış imkanlarına malik olmaları məqsədilə bir sıra layihələrin icra olunduğunu qeyd edib. H.Abdullayev “PAŞA Bank ilə başla” layihəsinin də bu istiqamətdə işlərə mühüm dəstək olacağını bildirib, bu növ layihələrin əhəmiyyətini diqqətə çatdırıb.
Layihə çərçivəsində nəzərdə tutulan təlimlərinin keçiriləcəyi ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışı zamanı Universitetdə əlliyi olan şəxslərin rahatlığı üçün bütün imkanların təmin olunduğunu və layihədə tərəfdaş qismində iştirak etməkdən məmnunluq duyduğunu qeyd edib.
Tədbir zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Bank” ASC və ADA Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb.
Layihədə iştirak etmək istəyən şəxslərdən https://pashabankilebashla.az/form/ keçidə daxil olmaq və müvafiq sorğu blankını dolduraraq qeydiyyatdan keçmək xahiş olunur.
Əlavə məlumat üçün rəsmi sayta www.pashabankilebashla.az daxil ola və ya +994 512298267 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
1 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
1 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
5 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 5 saat əvvəl
-
6 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
6 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb





























