TuranBank 29 yaşını qeyd edir
TuranBankın hal-hazırda cəmi aktivləri 623,7 milyon manat, kredit portfeli 366,1 milyon manat, depozit portfeli 316,1 milyon manat, nizamnamə kapitalı 80 milyon manat, məcmu kapitalı isə 87,5 milyon manat təşkil edir.(®️) Sizin inam və etibarınızla hər il daha da böyüyürük
Azərbaycan bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin sevgisini, etibarını və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan TuranBank fəaliyyətinin 29-cu ilini qeyd edir.
Bank 29 illik fəaliyyəti ərzində bir çox yeniliklərə, uğurlara imza atmış, kiçik və orta sahibkarlara dəstək olmaqla ölkədə özəl sektorun inkişafına öz töhfəsini vermiş, rəqəmsal bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ və təhlükəsiz istifadəsini təmin etmişdir. Fəaliyyətində peşəkarlıq, etibarlılıq, məsuliyyət, keyfiyyət və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan TuranBank geridə qoyduğumuz illər ərzində öz sabitliyini qoruyub saxlamış, biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini daha da gücləndirmiş, istər fərdi, istərsə də korporativ müştəri bazasını genişləndirməyə müvəffəq olmuşdur.
Pandemiyanın təsiri ilə baş vermiş müxtəlif çətinliklərə baxmayaraq TuranBank uğurlu fəaliyyətini davam etdirərək Azərbaycan bank sektorunda özünəməxsus yerini, etibarlı maliyyə qurumu imicini qoruyub saxlamışdır. Son illər ərzində maliyyə bazarının aktiv bir iştirakçısı kimi müvəffəqiyyətlər əldə edən Bankımızın hal-hazırda cəmi aktivləri 623,7 milyon manat, kredit portfeli 366,1 milyon manat, depozit portfeli 316,1 milyon manat, nizamnamə kapitalı 80 milyon manat, məcmu kapitalı isə 87,5 milyon manat təşkil edir. Bu gün 17 satış nöqtəsində 110 mindən çox fiziki və hüquqi şəxsə xidmət edən TuranBank ayrı-ayrılıqda hər bir müştərinin tələbatını tam ödəməklə onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlərə malik məhsul təklif edən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən maliyyə qurumu kimi tanınmaqdadır.
TuranBank son dövrlərin əsas çağırışlarından biri olan real sektorun dəstəklənməsi istiqamətində də aktiv fəaliyyətini davam etdirir. 29 illik fəaliyyəti ərzində Bankımız həm öz vəsaitləri, həm də xaricdən cəlb edilən vəsaitlər hesabına daim real sektora dəstək olmuş, sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını genişləndirmiş və nəticədə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini vermişdir. Ötən illər ərzində TuranBank yerli qurumlardan Sahibkarlığın İnkişafı Fondu (SİF), Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), EMF Mikromaliyyə Fondu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və s. ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq çərçivəsində qeyri-neft sektorunun inkişafına ciddi dəstək olmuşdur. Fəxr hissi ilə qeyd etmək istərdik ki, xaricdən cəlb edilən vəsaitlər beynəlxalq tərəfdaşlarımızın bizə olan etibarının bir sübutudur.
Fəaliyyət göstərdiyi müddətdə TuranBank hər dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi müştərilərin rəğbətini qazanmışdır. Rəqəmsallaşmanın imkanlarından daha çox yararlanmağa çalışan TuranBank xidmət səviyyəsini və keyfiyyətini yüksəltmək, fəaliyyətinin effektivliyini artırmaq məqsədilə rəqəmsallaşmaya sürətli keçid etmiş, rəqəmsal bank məhsullarını daim yeniləyərək daha da təkmilləşdirmişdir. Ötən il ərzində Bank özünün yeni rəqəmsal xidməti olan mobil tətbiqini, tamamilə yenilənmiş internet bankçılıq sistemini müştərilərin istifadəsinə vermişdir.
Bank bütün fəaliyyəti ərzində cəmiyyət qarşısında sosial məsuliyyət prinsipinə sadiq qalmışdır. Bankın imza atdığı sosial layihələr də bunun sübutudur. 29 illik fəaliyyəti ərzində TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə, işsizlərə, ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazi və şəhidlərimizin ailələrinə dəstək olmuş, bununla əlaqədar müvafiq maliyyə və insan resurslarını səfərbər etmişdir. Vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan TuranBank bundan sonra da ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcəkdir.
Əsas hədəfimiz qarşıdan gələn illərdə daha yüksək nailiyyətlərə imza ataraq keyfiyyətli xidmətlər təklif etməklə etibarlı bank fəaliyyətini davam etdirmək, müştərilərin etibarlı tərəfdaşı imicini qoruyub saxlamaqdır.
Sonda TuranBank adından 29 il ərzində qazanılmış uğurlarda payı olan hər kəsə dərindən təşəkkür edir və ötən illərdə əldə etdiyimiz nailiyyətlərdən ilhamlanaraq qarşıdan gələn dövrdə də uğurlarımızı davam etdirəcəyimizə və həyata keçirdiyimiz hər bir layihədə müştəri və tərəfdaşlarımızın keyfiyyət gözləntilərini aşacağımıza əminliyimizi bildiririk.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
8 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
9 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
9 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib

























