Çin şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirəcək - GÖRÜŞLƏR
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Çində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumda iştirak etmişdir.
Səfər çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Huawei” şirkətinin Mərkəzi Ofisində olmuş və Şirkətin Mərkəzi Asiya və Qafqaz regionu üzrə prezidenti Ceyms Çen ilə görüşmüşdür. İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında mühüm rolunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və indiyədək bu sahədə bir sıra işlər görülmüşdür. Azərbaycan İKT sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu baxımdan korporativ sahədə, rəqəmsal iqtisadiyyat və s. kimi istiqamətlər üzrə “Huawei” şirkəti ilə əməkdaşlıq mümkündür. “Huawei” şirkətinin fəaliyyəti barədə məlumat verən Ceyms Çen İKT sahəsində dünyada tanınmış şirkətlərdən olan “Huawei”nin 170-dən çox ölkədə, o cümlədən 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, şirkətin Azərbaycanda fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirmişdir. Görüşdə Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsi çərçivəsində “Huawei” şirkəti tərəfindən görülmüş işlərin əhəmiyyəti vurğulanmışdır.
Çinin “China CAMC Engineering Co. Ltd.” şirkətinin vitse prezidenti Chen Yu Fang ilə keçirilmiş görüşdə sənaye sahəsində ixtisaslaşmış şirkət barədə məlumat verilmiş, əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir. Bildirilmişdir ki, “China CAMC Engineering Co. Ltd.” Çin Milli Maşınqayırma Sənayesi Korporasiyasının (SİNOMACH) ən böyük 3 törəmə şirkətindən biridir, 48 ölkədə 100-dək iri sənaye layihəsi həyata keçirmişdir. Şirkət Azərbaycanla da sənaye sahəsində bir sıra layihələrdə əməkdaşlıq edir. Görüşdə bu layihələrə dair fikir mübadiləsi aparılmış, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.
Azərbaycan nümayəndə heyətinin üzvləri aidiyyəti qurumlarla görüşlər keçirmişdir.
Səfər çərçivəsində Azərbaycanda SOCAR GPC layihəsi üzrə SOCAR, Çin Milli Neft Şirkəti (CNPC) və Çin İnkişaf Bankı arasında, eləcə də Azərbaycan və Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində anlaşma memorandumları imzalanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























