Qlobal istehsalçıdan səs-küy yaradacaq açıqlama: Bir neçə il virusa qarşı peyvənd olunmalıyıq
J&J mövsümi qrip kimi COVID-19 peyvəndinin də ildə ən azı bir dəfə vurulmasını tövsiyə edir.ABŞ-ın transmilli əczaçılıq, tibbi ləvazimatlar və kosmetika məhsulları şirkəti, 1886-cı ildən bəri fəaliyyət göstərən Johson&Johnson koronavirus pandemiyası tam aradan qalxana qədər ardıcıl olaraq bir neçə il peyvənd olunmağın zəruri olacağını proqnozlaşdırır.
Marja xəbər verir ki, şirkətin baş direktoru Aleks Qorski The Wall Street Jurnalının Texnoloji Səhiyyə konfransındakı çıxışında daha əvvəl də söylədiyi bu fikri təkrarlayıb.
İlin əvvəlindən bir sıra ölkələrin, o cümlədən ABŞ və ÜST-ün koronavirus infeksiyasına qarşı təcili vasitə kimi təsdiqlədiyi J&J peyvəndinin istehsalçısı olan şirkət kollektiv immunitet formalaşana və virusun yeni variantlarının nəzarət altına alınmasına qədər mövsümi peyvəndlərlə yanaşı, COVID vaksininin də ildə ən azı bir dəfə vurulmasını təklif edir. “Biz buna qripə qarşı peyvəndlə yanaşı baxmalı və böyük ehtimalla bir neçə il ardıcıl icra etməliyik.” - Qorski konfrans iştirakçılarına bildirib.
J&J peyvəndi ABŞ-da koronavirusa qarşı istehsal olunan digər iki əsas vaksin - Pfizer və Modernadan fərqli olaraq, yalnız bir dozada tətbiq olunur. Hər üç peyvənd həm ABŞ-da, həm də beynəlxalq səviyyədə yüksək effektivlik nümayiş etdirib. Johson&Johnson 2020-ci ilin avqustunda ABŞ hökuməti ilə 300 milyon doza vaksinin təchiz edilməsinə dair 1 milyard dollarlıq müqavilə imzalayıb. Həmçinin, 2020-ci ilin sonlarında ispan tərəfdaşlarla əldə edilmiş və Avropa Komissiyası tərəfindən cari ilin martında təsdiqlənmiş razılaşmaya əsasən, 2021-ci ilin ikinci yarısından etibarən şirkət Barselonada ildə 50 milyon ədəd vaksin istehsal edəcək.
Aleks Qorskinin açıqlaması Ağ Evin baş tibb müşaviri doktor Entoni Fauçinin vətəndaşların Hindistanda yayılan Delta variantı kimi yeni koronavirus ştammlarından qorunması üçün daha çox amerikalının peyvənd olunmasının zəruriliyi barədə bəyanatından bir gün sonraya təsadüf edib. Xatırladaq ki, Pfizer vaksinini işləyib hazırlayan əsas tərəfdaş - BioNTech şirkətinin rəhbəri Uğur Şahin mayın əvvəlində CNBC televiziyasına müsahibəsində insan bədənində virusa qarşı antitellərin 8 ay ərzində sürətlə zəiflədiyini bildirmişdi.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni "Bankkart Prestij" kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 21 d. əvvəl
-
2 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
2 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
-
3 saat əvvəl
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















