"Neft qiymətləri 60 və ya 70 dolların üzərinə çıxa bilər" - BAHALAŞMA DAVAM EDİR
Neft qiymətləri, Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinin OPEC-in hasilat azaldılması müqaviləsinin 9 ay uzadılmasına tərəfdar olduqlarını açıqlamalarının ardından iki həftənin ən yüksək səviyyəsinə qalxıb.
Neft Nyu-Yorkda təxminən 3 faiz bahalaşıb.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, rusiyalı həmkarı Novak ilə birlikdə verdiyi bəyanatda, 1 Yanvarda başlayan hasilatın azaldılması müqaviləsinin işlədiyini bildiriblər. Ancaq qlobal ehtiyatlar, hələ ki, OPEC və müttəfiqlərinin hədəf seçdiyi səviyyələrə geriləməyib.
Nazirlər, müqavilənin 2018-ci ilin ilk rübünün sonuna qədər eyni miqdarda davam etdirilməsi məsələsində razılığa gəldiklərini açıqlayıblar.
London "Energy Aspects"in baş neft analitiki Amrita Sen, "Bu açıqlama (Səudiyyə Ərəbistanı və Rusiya) bazardakı narahatlıqların yüngülləşməsinə səbəb olub və qısamüddətli alışlara səbəb olub. Mövcud aşağı istiqamətli gözləntiləri nəzərə aldıqda, "ralli"nin davam etməsinin zəmanəti yoxdur" - deyə bildirib.
"Hyundai Futures Corp"ın əmtəə analitiki Will Yun, "Bazar açıq bir şəkildə Səudiyyə Ərəbistanı və Rusiya nazirlərindən gələn açıqlamalara reaksiya verir və bu vəziyyət ən azından mövcud qiymətlərin qorunmasına yardım edəcək. Ancaq sıçrayışın ABŞ-da bazarlar açılana qədər davam edib-etməyəcəyinə baxacağıq. Yüksəliş qısamüddətli ola və qiymətləri 60 və ya 70 dolların üzərinə çıxmasını təmin edə bilər " şəklində bildirib.
25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
Neft hasilatının Yanvar ayından başlayaraq altı aylıq bir müddət üçüna azaldılması qərarıverən 24 ölkə arasından ən böyük iki istehsalçı olan Rusiya və Səudiyyə Ərəbistan öhdəliklərini təkrar etdilər. Liviyanın istehsalında son dövrdə görülən artım ilə bərabər Şimali Amerikada da istehsalın artması və Nigeriyada artım işarələri, OPEC-in qiymət qaldırma və bazarın yenidən tarazlıq tapmasını təmin etməyə yönələn səylərinin təsirini zəiflədə bilər.
SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!
Bakı vaxtı ilə saat 17:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex bazarında 3% və ya 1.46 dollar artaraq barreli 49.20 dollara qədər, Brent nefti Londonda ICE Futures Europe birjasında 1.52 dollar və ya 3.1 faiz bahalaşaraq bareli 52.46 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
2 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
3 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı


















.jpg)




.jpg)
