Azərbaycandan Misirə turlar yenidən təşkil olunacaq
Azərbaycan Turizm Assosiasiyası ilə Misir turizm agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, "Türk hava Yolları" və "Piramida Travel" şirkətlərinin təşkilati dəstəyi ilə Misir Ərəb Respublikasına infotur təşkil olunmuşdur.
Azərbaycan Turizm Assosiasiyasının yaydığı məlumata görə, infotur Qahirə və Şarm Əl Şeyx şəhərlərində baş tutmuşdur. Azərbaycanın 10 aparıcı turizm sənayesi nümayəndəsinin iştirak etdiyi bu səfərdə əsas məqsəd iki ölkə arasındakı turizm əlaqələrini daha da qüvvətləndirmək idi. Eyni zamanda, məhşur səyyah və blogger, o cümlədən, Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının sədri Azər Qərib də AZTA-nın dəvəti ilə səfərdə iştirak etmişdir.
Tur zamanı Qahirə və Şarm Əl Şeyxin ən qabaqcıl otelləri ziyarət edilmiş və otellərin bütün imkanları iştirakçılara əyanı şəkildə göstərilmişdir. Bundan başqa adı çəkilən şəhərlərdə olan turizm məkanlarına turlar təşkil edilmiş və Misirin turizm potensialı turizmçilərə təqdim olunmuşdur.
Səfər çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Misir turizm agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bununla da iki ölkə arasındakı turizm əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaranacaqdır. Tərəflər arasında gələcəkdə həm Azərbaycana həm də Misirin digər şəhərlərinə turların yenidən təşkil olunması haqqında razılıq əldə olunmuşdur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
5 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 5 saat əvvəl
-
5 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 6 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
