Bayden varlı amerikanlar üçün maksimum gəlir vergisi tətbiq edir
2022-ci fiskal ilinin büdcə layihəsində əksər vergilərin artırılması nəzərdə tutulur.ABŞ prezidenti Co Bayden daha öncə açıqladığı iri infrastruktur layihələri və Amerikan Ailələri Planını maliyyələşdirmək üçün növbəti maliyyə ilindən başlayaraq, gəlir zəngin ailələr üçün gəlir vergisinin maksimum həddini artırmaq niyyətindədir.
Marja ötən həftənin cümə günü ABŞ Maliyyə Nazirliyi (Xəzinədarlıq Departamenti) tərəfindən təqdim olunan büdcə layihəsinə istinadla xəbər verir ki, hazırda 37% təşkil edən gəlir vergisinin 39,6%-ə qədər artırılması təklif olunur.
Bu dəyişiklik vergiyə cəlb olunan illik gəliri 452 min 700 dollar həcmində olan subay şəxslərə və birlikdə təqdim etdikləri gəlir bəyannaməsi 509 min 300 dollardan yuxarı həddə olan evli cütlüklərə tətbiq olunacaq. Həmçinin, yeni vergi dərəcəsi gəliri 481 min dolları keçən ailə başçılarına və ayrı-ayrılıqda 254 min 650 dollardan artıq həcmdə gəlir bəyannaməsi verən ailəli şəxslərə münasibətdə qüvvədə olacaqdır.
Gəlir vergisinə cəlb olunacaq məbləğlərlə əlaqədar yeni dəyişikliklər hazırda qüvvədə olan həcmlərdən daha aşağıdır. Müqayisə üçün bildirək ki, 37%-lik gəlir vergisi subay bəyannaməçilər və ailə başçıları üçün 523 min 600 dollardan, birgə bəyannamə verən ər-arvad üçün 628 min 300 dollardan, evli və təkbaşına bəyannamə təqdim edən şəxslər üçün isə 314 min 150 dollardan yuxarı məbləğlərə şamil olunur.
Büdcə layihəsinə görə, təklif olunan 39,6%-lik gəlir vergisi 2022-ci maliyyə ilindən qüvvəyə minəcəkdir. Maliyyə Nazirliyi yeni dəyişiklik nəticəsində beş il ərzində təqribən 132 milyard dollar vəsait cəlb etməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
21 d. əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
7 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
7 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















