“Nar” şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən yarışa dəstək oldu
(®️) “Nar” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən “Qəhrəman övladları” yarışına dəstək oldu. “Həmrəy ol, qalib ol” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan layihənin məqsədi qəhrəman övladlarının həyat tərzini istiqamətləndirmək, fiziki və psixi sağlamlıqlarını inkişaf etdirmək, onların bacarıqlarını ortaya çıxarmaq və idmana olan marağını artırmaqdır.
Şəhid və qazi ailəsindən olan 16 uşağın iştirakı ilə keçirilən estafet yarışması Qəbələ Şəhər Stadionunda açıq havada baş tutub. Qalib gələn qəhrəman övladları “Nar” tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, şəhid və qazi ailələrinə xüsusi diqqətin göstərilməsi “Nar”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir. Mobil operator şəhid və qazi alilələrinin sosial qayğı ilə əhatə olunmasını daim diqqət mərkəzində saxlayacaq.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























