“McDonald’s Azərbaycan” şirkəti Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə aksiyası keçirib – FOTO
(®️) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “McDonald’s Azərbaycan” şirkəti xeyriyyə aksiyası keçirərək Azərbaycan Uşaq Fonduna 15 min manat ayırıb.
Bu vəsait fondun himayəsində olan uşaqların ilkin ehtiyaclarının ödənilməsinə yönəldiləcək.
Aksiya çərçivəsində balacaların şirkətin restoranlarından birinə səfəri təşkil edilib. Burada onlar üçün hazırlanmış hədiyyələr və əyləncəli proqram balaca qonaqlarda xeyli müsbət və şən emosiya yaradıb.
Qeyd edək ki, Azərbaycan Uşaq Fondu xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsili, tərbiyəsi və sağlamlığının müdafiəsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir.
Xeyriyyə aksiyalarının keçirilməsi, korporativ sosial məsuliyyət məsələlərinə böyük diqqət ayıran “McDonald’s Azərbaycan” şirkətinin siyasətinin bir parçasıdır.
20 il ərzində uşaq evlərinə, tibbi yardım fondlarına, idman tədbirlərinə yardımla əlaqədar çoxsaylı aksiyalar həyata keçirmiş şirkət bundan sonra da xeyriyyə işləri ilə məşğul olmaqda davam etmək niyyətindədir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilmiş tədbirdə çəkilmiş şəkilləri nəzərinizə çatdırırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























