Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rusiyada emal sənayesinin iqtisadi aktivliyi son 2 ilin rekord həddinə çatıb

Məşğulluq da 2018-ci ilin sonundan etibarən ən yaxşı nəticə göstərib, inflyasiya narahat edir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada emal sənayesinin iqtisadi aktivliyi son 2 ilin rekord həddinə çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal miqyasda iqtisadi aktivliyin əsas göstəricilərindən olan istehsalatda Satınalma Menecerləri İndeksinin (Purchasing Managers’ Index-PMI) Rusiya üzrə cari ilin may ayının nəticələri bugün açıqlanıb.

Marja xəbər verir ki, apreldəki 50.4 göstəricisi ilə müqayisədə 51.9 bal təşkil edən indeks aşağı templə artsa da, son 2 ilin ən yaxşı nəticəsini göstərib. Artımın əsas səbəbi sifarişlərin həcminin genişlənməsi və daha güclü müştəri tələbatıdır.

Reklam_3_11

Sifarişlər 2020-ci ilin avqustundan bəri ən yüksək templə artıb və böyük hissəsi ixrac əsaslı mallar təşkil edib. Təchizatçıların göstəricisi isə əksinə, pisləşib. Xüsusilə xammal qıtlığı və nəqliyyat xərclərinin artması buna təsir edən əsas amillərdən olub. Xammal və materialların sürətlə azalması 2021-ci il ərzində may ayında ən sürətlə baş verib. İnflyasiyanın hazırkı həddi növbəti il üzrə gözləniən məhsul həcmi proqnozunun dörd aylq minimuam düşməsinə səbəb olub.

İstehsal həcminin artması məşğulluğa da təkan verib. Yeni iş yerlərinin açılması 2018-ci ilin dekabrından bəri ən yüksək həddə çatıb. Bununla belə, xammal qıtlığı və tamamlanmamış sifarişlərin sayı yenidən müəyyən ixtisarların olacağından xəbər verir.

01.06.2021 12:19
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18