Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Avrora Qrup”un kimsəsiz uşaqlara 1 iyun sürprizi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Avrora Qrup”un kimsəsiz uşaqlara 1 iyun sürprizi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup “Ümid Yeri" uşaq evi və uşaq sığınacağında yerləşən uşaqları sevindirib. Belə ki, şirkət “Sosial-ictimai məsuliyyət” dəyərinə sadiq qalaraq, “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib.

Layihə çərçivəsində "Ümid Yeri" uşaq sığınacağında məskunlaşan uşaqlar Şamaxı və İsmayıllı rayonlarına səfər edib. İlk olaraq uşaqlar Şamaxı rayonunda yerləşən Cümə məscidini və Şamaxı Astrofizika rəsədxanasını gəziblər. Daha sonra istiqamət Şamaxının ən qədim yeri – Dəmirçi kəndi olub. Şamaxı  rayon Dəmirçi Arxeologiya Muzeyinə ziyarət zamanı uşaqlar tarixi maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Nahar fasiləsindən sonra istiqamət Azərbaycanın ən qədim kəndlərindən biri Lahıca olub. Lahıcda uşaqlar misgərlik, toxuculuq, dulusçuluq və digər qədim sənət növləri ilə yaxından tanış olublar. Daha sonra İsmayıllı rayonu, Qaraqaya kəndində uşaqlar üçün Avrora şirkəti tərəfindən təşkil edilən bayram şənliyi olub. Burada uşaqlar əyləncəli vaxt keçirərək, müxtəlif oyunlar oynayıblar.

Məlumat üçün bildirək ki, Avrora şirkəti 2021-ci ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi planlaşdırıb. Məqsəd gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.

AvroraQrup Uşaqlar 1iyun uşaqlargünü Şamaxı Azərbaycanıtanıyaq Ümidyeri AvroraMMC
01.06.2021 10:27
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18