Kapital Bank və “Qırmızı Ürəklər” uşaqlar üçün sosial aksiya həyata keçirib
(®️) Xəbər verdiyimiz kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu Daun sindromlu şəxslər üçün layihə həyata keçirirdi. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Daun sindromlu şəxslərin uğurlu olduğu əsas sahələrdən biri incəsənətdir. Həssas xarakterləri ilə assosiasiya edilən musiqi, rəsm kimi incəsənət sahələrində Daun sindromlu insanlar dünya səviyyəsində şöhrət qazana bilirlər. Məhz bu səbəbdən də layihə çərçivəsində Kapital Bank və “Qırmızı Ürəklər” fondu Daun sindromlu uşaqlar üçün 4 istiqamətli (rəsm və gil sənəti, inklüziv rəqs, foto modellik və qurama sənəti) təlimlər təşkil edib. Layihə ilə bağlı qısa video çarx hazırlanıb – https://youtu.be/KnSmpgpiArI.
“Hər şey mümkündür!” layihəsinin yeni təqdim olunmasına baxmayaraq, artıq beynəlxalq səviyyədə uğur qazana bilib. Belə ki, layihənin təqdimatı zamanı hazırlanan video çarx Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da iki nominasiya üzrə bürünc medal qazanıb.
Daun sindromlu şəxslər üçün ianələr hələ də davam edir. İanələri Kapital Bank-ın filiallarında və bir sıra iri market şəbəkələrində quraşdırılan terminallar vasitəsilə etmək olar. Bundan başqa yalnız 1 iyun 2021-ci il tarixində BirBank mobil tətbiqində bonus şəklində toplanan “Ürəklər”i ianə formasında “xərcləyərək”, hər 100 000 “ürək” müqabilində layihəyə 10 manat yardım etmək mümkündür.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























