Mover “Bank Respublika”nın dəstəyilə yeni kartları təqdim etdi
(®️) Azərbaycanda e-ticarətin liderlərindən biri Mover, daha sərfəli və qazanclı yeni “VISA Moverkart” kartlarını müştərilərinə təqdim etdi.
Yeni kartlar innovasiyalara daim böyük diqqət ayıran ölkəmizin aparıcı 5 bankından biri olan “Bank Respublika”nın dəstəyilə hazırlanmışdır. Qeyd edək ki, Moverkart Türkiyənin və digər ölkələrin məhşur saytlarından alış-veriş etmək üçün Azərbaycanda e-ticarət sahəsində yaradılan ilk kobrend kartıdır və bir çox özəlliklərə malikdir.
Limitli sayda buraxılımış yeni Moverkart Standard və Moverkart Platinium kartları sahiblərinə bir çox bonuslar və üstünlüklər təqdim edir. Moverkart sahibləri digər elektron ticarət istifadəçilərindən fərqli olaraq onlayn alış-verişi özləri üçün daha qazanclı edə biləcək, pul xərclədikcə bonuslar və hədiyyələr qazanacaq.
“Üstünlüyü hiss et” şüarı ilə buraxılan yeni Moverkartlar istifadəçilərinə aşağıdakı bonusları qazandıracaq:
- “Mover”in Standard (Qrama-Qram) və Premium tariflərindən istifadə imkanı;
- “Mover”də ödədikləri bütün daşınma haqqlarına 15% cashback bonusu;
- Kuryer xidmətinə və kitab daşınmasına 50% endirim;
- Gömrük məsləhətçisi xidmətinə 30% endirim;
- Bağlamalarını 14 gün anbarda pulsuz saxlama imkanı;
- Amerikadan sifarişlərinin paketini kiçiltdirmək imkanı;
- Xüsusi müştəri xidməti dəstəyi (Mənə zəng et xidməti);
- Mover`in Premium Tarifində qapıya pulsuz çatdırılma imkanı;
- Xarici anbarlarımızdakı bağlamalarının fotosunu əldə etmək imkanı (ödənişsiz);
- Bağlamasını xarici anbarlarımızdan geri qaytara bilmək imkanı (ödənişsiz);
- Və bir çox digər üstünlüklər.
Yeni kartları https://moverkart.az/ saytından və ya “Bank Respublika”nın rəsmi səhifəsindən sifariş edə bilərsiniz.
Elə indi öz “Moverkart”ınızı sifariş edin və üstünlüyü hiss edin!
Mover - 2015-ci ildən bəri Azərbaycanın poçt yüklərinin daşınması sektorunda fəaliyyət göstərir. Şirkət 200 mindən çox müştərisi ilə bazarın lideridir. Mover eyni zamanda logistika sektoruna qazandırdığı innovativ həllərlə Azərbaycanın ən yenilikçi şirkətləri sırasındadır. Mover Beynəlxalq Hava Nəqliyyata Asossiasiyası, (İATA) Beynəlxalq Nəqliyyat Təşkilatçıları Assosiasiyaları Federasiyasının (FİATA) üzvüdür. Şirkət həmçinin Azərbaycana və xaricə təhlükəli yüklərin, qan analizlərinin, daxili orqanların daşımaçılığını həyata keçirir.
Bank Respublika - 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 d. əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
-
14 d. əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 42 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Ən çox oxunanlar
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib



























