Expressbankın əhalinin özünüməşğulluq proqramına dəstəyi davam edir
(®️) Expressbank-ın dəstəyi ilə biznes sahiblərinə çevrilən aztəminatlı ailələrin sayı artmağa davam edir. Həssas əhali qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin və s.) özünüməşğulluğunun təşkili layihəsinə qoşulan Bank, növbəti dəfə daha 11 ailəni şəxsi biznesini qurmaq arzusuna qovuşdurdu.
Expressbank bu şəxsləri arzuladıqları biznesi yaratmaq məqsədi ilə bütün lazımi avadanlıqlarla təmənnasız təmin etməklə yanaşı, eyni zamanda müvafiq bizneslərdə uğur qazanmaları üçün çoxillik təcrübəsini paylaşmaqla dəstək olmağı öz öhdəliyinə götürdü.
Məlumat üçün qeyd edək ki, özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həyata keçirilir. Layihənin məqsədi şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edərək, həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Özünüməşğulluq layihəsi çərçivəsində Expressbank ümumilikdə 36 ailəyə dəstək olaraq aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılmasına öz töhfəsini verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























