Ən yuxarı (mobil)-2_30

“McDonald's Azərbaycan”ın əməkdaşları Bakının yaşıllaşdırılması ilə bağlı aksiya keçiriblər – FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
“McDonald's Azərbaycan”ın əməkdaşları Bakının yaşıllaşdırılması ilə bağlı aksiya keçiriblər – FOTO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®️) “McDonald's Azərbaycan” şirkəti ağac əkini ilə bağlı ekoloji aksiya keçirib.

Şirkətdən bildiriblər ki, aksiya May ayının 21-də Bakı şəhəri Səbail rayonunda təşkil edilmişdir. “McDonald's Azərbaycan” şirkətinin 50-dən çox əməkdaşının iştirak etdiyi paytaxtın yaşıllaşdırılması aksiyasında 200-dək zeytun tingi əkilib.

Qeyd edək ki, zeytun ağacları Abşeronun iqlimi üçün ideal ağaclardan biri hesab olunur. Bu ağaclar isti havaya dözümlülüklə yanaşı, sərinlik və kölgə yaradır.

Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş ağacəkmə aksiyası Azərbaycanda karantin rejimi qaydalarına tam riayət etməklə həyata keçirilmişdir.

“McDonald's Azərbaycan” şirkətinin əməkdaşlarının sözlərinə görə, təşəbbüskarı olduqları aksiyanın əsas məqsədi paytaxtda “Yaşıl” zonaların sayını artırmaq, ağac əkinini populyarlaşdırmaq və ətraf mühitin mühafizəsinə töhfə verməkdir. Ətraf mühitin qayğısına qalmaq və “McDonald's”ın təmsil olunduğu bütün şəhərlərin ictimai həyatında aktiv iştirak etmək şirkətin əsas amillərindən biridir.

McDonalds Azərbaycan ekoloji aksiya Bakı
24.05.2021 10:40

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18