Tesla Rusiya və MDB-yə genişlənəcək
Elektromobil istehsalçısı Tesla şirkətinin direktoru Elon Musk (İlon Mask), qısa müddət ərzində Rusiya və Müstəqil Dövlətlər Birliyi (MDB) bazarlarına genişlənəcəklərini açıqlayıb.
Marja xəbər verir ki, Musk, paytaxt Moskvada təşkil edilən və video konfrans üsulu ilə qatıldığı "Yeni Məlumat" forumunda, Tesla-nın bölgə strategiyalarına dair məlumatlar verib.
Çində zavod açdıqlarını qeyd edən Musk, "Həmçinin Berlin, Texas və Kaliforniyada da zavod tikirik. Dünyanın digər yerlərində də zavodlar tikmək istəyirik və potensial olaraq Rusiyaya da baxırıq" deyib.
Tesla avtomobillərinin satışı üçün Rusiya və ətraf bölgələri də araşdırdıqlarını qeyd edən Musk, "Qısa müddət ərzində Rusiya bazarına genişlənəcəyik. Ayrıca daha da geniş bir şəkildə baxmaq lazımdır, Qazaxıstan və digər MDB ölkələrinə də genişlənəcəyik" deyib.
Kremlin spikeri Dmitri Peskovun "50 il ərzində dünya necə bir vəziyyətdə olacaq?" sualını cavablandıran Musk, "50 il ərzində nə olacağını təxmin etmək çətindir. Texnologiyada, kosmos səfərində, DNT araşdırmalarında böyük dəyişikliklər olacaq",- deyib.
Qeyd edək ki, Azərbaycan da Müstəqil Dövlətlər Birliyinin üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)





