Avroya kimsənin ümidi qalmadı
Avro Bölgəsinin dağılacağı barədə fikirlər artır.
"Marja" xəbər verir ki, Sentyabrdan bu yana çox mühüm və uzaqgörən adlar dağılmaqdan bəhs edirlər. 13 Sentyabrda məşhur Nobel mükafatlı iqtisadçı Cozef Stiglitzin yüksək bir tonda dilə gətirdiyi bu ehtimalı Avronun qurucuları belə deməyə başlayıblar. Avropa Mərkəzi Bankının ilk baş iqtisadçısı və avronun memarlarından olan professor Otmar Issing, maliyyə böhranının bir yerdən digər yerə atıldığını bildirərək "Sonda Avro Bölgəsi dözməyəcək və dağılacaq" deyib.
DAĞILACAQ DEYƏNLƏR 16,3%-Ə ÇIXIB
Ötən həftə Bundesbank-ın keçmiş İdarə Heyətinin üzvü Thilo Sarrazin, avronun hər an dağıla biləcəyini deyib. Dünən də, Almaniyanın maliyyə naziri Wolfgang Schauble verdiyi bəyanatda qaydalara riayət edilmədiyi təqdirdə Avro Bölgəsinin dağılacağını bildirib. Maliyyə qurumlar da eyni narahatlığı hesablayırlar. "Sentix"in Avro Bölgəsi Dağılma İndeksi sorğusunun nəticələrinə görə, 16.3 faiz, 12 ay ərzində dağılmanın mümkün ola biləcəyini düşünür. "Reuters"in sorğusunda isə, ən azı bir və ya daha çox üzvünün 2017-də avrodan çıxacağını düşünənlərin nisbəti 70-75 faiz səviyyəsindədir.
AVRO DAĞILSA, NƏ OLAR?
Avronun dağılması halında gözlənilən ssenarilər bu şəkildədir:
-Bankda hesabı olan bir çox adam pulunu böyük ölkələrə köçürəcəyi üçün çıxılan ölkənin sistemi böyük problem yaşayacaq,
-Sadə vətəndaşdan şirkətlərə qədər kreditə çıxışı çətinləşəcək. Nağd pul sıxıntısı da dərhal hiss olunacaq.
- Dövlət, bankları dəstəkləmək məcburiyyətində qalacağı üçün yeni dövlət iflasları baş verə bilər,
- Yeni pul vahidi çıxarmaq məcburiyyətində qalan ölkələrdə 30-50 faiz arasında devalvasiya olacaq,
- İnflyasiya idxal ediləcəyi üçün hiper inflyasiya yarana bilər,
-Xüsusilə Cənubi Avropadakı bankların batması ilə şirkətlərdə də iflaslar görüləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
- 38 d. əvvəl
-
-
48 d. əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 51 d. əvvəl
-
1 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
1 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
1 saat əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ən çox oxunanlar
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
"Rubl təxminən 10% ucuzlaşa bilər"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb
























.jpg)
