Boru xəttinə kiber-hücumdan sonra ABŞ-da benzinə "hücum"
ABŞ-ın şərq hissəsinə istehlak edilən yanacağın az qala yarısını daşıyan Colonial Pipeline-ə edilən kiber hücum indiyədək görülən ən dağıdıcı hücumlardan biri olaraq qeydə alınıb. Boru xəttinin tam gücünə həftə sonunda çata biləcəyi açıqlanıb. Ölkənin Şərq hissəsində yanacaq qıtlığı yaranıb.
ABŞ-ın ən böyük boru xəttlərindən biri olan Colonial Pipeline-a edilən kiber-hücumdan sonra ölkənin şərq hissəsində yanacaqdoldurma məntəqələrində benzin tükənməyə başlayıb.
Marja xəbər verir ki, Colonial Pipeline-ın yaydığı açıqlamaya görə, boru xətti tam gücü ilə yenidən işini həftə sonu bərpa edə bilər.
Federal araşdırma bürosu FBI kiber-hücum haqqında istintaq aparır. Hücumun arxasında DarkSide adlı hacker qrupunun olduğu bildirirlir.
Hücumda "Rus barmağı" şübhəsi
ABŞ Prezidenti Joe Biden hücumdan Rusiyanın "məsul olduğunu" bildirib. Biden, hakerlərin və ya istifadə etdikləri proqramın Rusiya mənşəli olduğuna işarə edən sübutlar olduğunu deyib.
Boru xəttinin müvəqqəti bağlı qalması nəticəsində yanacaq qiymətləri artıb. Nəql dayandığı üçün neftayırma zavodları istehsalı azalda bilərlər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
-
36 d. əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 37 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı
Ən çox oxunanlar

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
