Dünyanın ikinci ən böyük valyutasından yeni rekord
Bitcoinin bazar dəyərinin yarısına çatır....
Qlobal kriptovalyuta bazarında Bitcoindən sonra dəyərinə görə ikinci yerdə qərarlaşan Ether son 24 saat ərzində bir qədər də bahalaşıb. Marja kriptovalyuta birjalarına əsasən xəbər verir ki, 7% yüksələn Ether 4000 dollarlıq həddi keçib və 4141 dollarda qərarlaşıb. Bununla da, ilin əvvəlindən 350%, təkcə aprel ayında 40% təşkil edən artım tempi Ether üçün mütəmadi hala çevrilib.
CoinMetricsin məlumatına görə, Bitcoin aprelin əvvəlində əldə etdiyi tarixi 65 min dollarlıq rekorddan sonra sürətlə ucuzlaşmağa doğru gedir. Ether isə inamla irəliləyərək hazırda Bitcoinin 1,1 trilyon dollarlıq bazar qiymətinin yarısına çatmaqdadır - 476 milyard dollar. CoinMarketCap kriptovalyuta bazarının ümumi dəyərinin 2,5 trilyon dollar təşkil etdiyini bildirir.
Xatırladaq ki, bütün dünyada mərkəzi bankların COVID-19 pandemiyasından xilas olmaq üçün daha çox stimullaşdırma paketləri tətbiq etdiyi və daha çox kağız valyuta çap etdiyi halda, Tesla və bəzi digər şirkətlər alternativ hedc aləti kimi ilin əvvəlindən Bitcoinə yatırım etməyə başladılar. Goldman Sachs və Morgan Stanley kimi Wall Street-in iri bankları da zəngin müştərilərinə Bitcoin təklif edirdilər. Nəticədə 1 nömrəli kriptovalyuta görünməmiş sürətlə “şişdi”.
Lakin fərqli düşünən investorlar və ekspertlər də kifayət qədərdir. Bank of America-nın baş investisiya strateqi Maykl Hartnett Bitcoini “partlamağa hazır olan bütün köpüklərin anası”adlandırır. Alternativ investisiyalar üzrə məsləhətçi şirkət Alvine Capita-ın İnvestisiya Komitəsinin sədri Stefen İsaaks isə Bitcoinin arxaaında heç bir fundamental məhsul dayanmadığını və buna görə mütləq enişə məhkum olduğunu iddia edir.
Ether Bitcoindən fərqli olaraq, təkcə blokçeynə əsaslanan rəqəmsal valyuta deyil, həm də bir çox kriptovalyutaları özündə cəmləşdirən proqram təminatı platformasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
-
32 d. əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 33 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı
Ən çox oxunanlar

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
